Icma.az
close
up
RU
Çinarə Ağayeva: “Azərbaycanda bizneslərin “yaşıl nəfəs”ə ehtiyacı var”

Çinarə Ağayeva: “Azərbaycanda bizneslərin “yaşıl nəfəs”ə ehtiyacı var”

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dünyada iqtisadiyyatın ritmi artıq dəyişib. Əgər bir vaxtlar istehsal gücü və bazar payı əsas rəqabət göstəricisi idisə, bu gün resurslara qənaət və ekoloji məsuliyyət həmin rolu oynayır. İqlim dəyişikliklərinin iqtisadi dəyərləri formalaşdırdığı bir dövrdə “yaşıl iqtisadiyyat” anlayışı qlobal trendə çevirilib. Bu dəyişikliyin ən real təzahürü isə maliyyə sektorunda müşahidə olunur. Artıq banklar təkcə mənfəətə deyil, həm də planetin gələcəyinə investisiya edirlər, “yaşıl kredit”lər ayırırlar. Bu kreditlər ətraf mühitin qorunması, iqlim dəyişikliklərinin azaldılması və təbii resursların səmərəli istifadəsini hədəfləyən layihələrin maliyyələşdirilməsi məqsədi daşıyır. Yaşıl kreditlər bizneslər üçün xərcləri azaltmaq, rəqabət üstünlüyü qazanmaq, brend imicini gücləndirmək, ekoloji və sosial riskləri minimuma endirmək və innovasiyaları dəstəkləmək baxımından strateji vasitədir. Bütün bunlar bizneslərin “yaşıl kredit”ə ehtiyacını artırır. Bəs, Azərbaycanda bu sahədə vəziyyət necədir və bizneslərin bu ehtiyacının ödənilməsi üçün hansı addımların atılmasına ehtiyac var?

Biznes məsləhətçi, ekspert Çinarə Ağayevanın sözlərinə görə, Azərbaycan son illər “yaşıl iqtisadiyyat” kursunu strateji inkişaf prioriteti kimi müəyyən edib. Bank sektoru da bu prosesdə fəallaşmaqdadır. Belə ki, 2025-ci ilin ilk altı ayında ölkədə 289,9 milyon manatlıq 12 756 yaşıl kredit verilib. Bu kreditlərin strukturu da maraqlıdır: “91 milyon manat kənd təsərrüfatı və akvakultura layihələrinə, 112 milyon manat elektrikli nəqliyyat və infrastrukturun inkişafına, 56 milyon manat enerji səmərəliliyi və bərpaolunan enerji layihələrinə, 14,7 milyon manat dairəvi iqtisadiyyat və tullantıların idarə olunmasına yönəlib. Bu göstəricilər onu sübut edir ki, banklar artıq ekoloji layihələrə kredit verməyi risk deyil, strateji fürsət kimi görməyə başlayırlar”.

Ekspert qeyd edib ki, son illərdə maliyyələşdirilən “yaşıl” layihələr həm kənd təsərrüfatında, həm də sənayedə modernləşməyə yol açır. Enerji və suya qənaət edən texnologiyaların tətbiqi, tullantıların təkrar istifadəsi və resursa qənaətli istehsal modelləri real iqtisadi fayda deməkdir. Məsələn, yeni nəsil suvarma sistemləri və ekoloji təmiz yem istehsalı metodları məhsuldarlığı artırmaqla yanaşı, torpaqların deqradasiyasını azaldır. Eyni zamanda, “yaşıl nəqliyyat” sektoruna yönəldilən kreditlər hesabına elektrikli avtomobillərin sayı artıb, bu da emissiyaların azalmasına və şəhərlərin hava keyfiyyətinin yaxşılaşmasına səbəb olur. Beləliklə, yaşıl maliyyə təkcə ekoloji sabitlik deyil, həm də iqtisadi effektivlik deməkdir.

Çinarə Ağayeva bildirib ki, kiçik və orta sahibkarlar üçün yaşıl transformasiya artıq sadəcə ideal deyil, bazarın tələbidir. Avropa İttifaqı və digər böyük bazarlar ixracatçılardan ekoloji standartlara uyğun istehsal tələb edir. Bu reallıq Azərbaycan biznesləri üçün həm çağırış, həm də imkan yaradır. “Azərbaycanda bizneslərin “yaşıl nəfəs”ə ehtiyacı var. Lakin bir məsələ var ki, yaşıl texnologiyalar baha başa gəlir. Enerji səmərəli avadanlıqlar, bərpaolunan enerji sistemləri və resurs qənaətli infrastruktur üçün ilkin kapital xərcləri yüksəkdir. Buna görə də yaşıl kreditlərə çıxış bizneslər üçün həyati əhəmiyyət daşıyır. Təəssüf ki, bu sahədə hələ bəzi məhdudiyyətlər qalır. Kredit faizləri yüksək, təminat tələbləri sərt, hüquqi mexanizmlər isə tam oturuşmayıb”, - deyə o, əlavə edib.
Ekspert hesab edir ki, yaşıl maliyyə sektorunun dayanıqlı inkişafı üçün tənzimləyici mexanizmlər təkmilləşdirilməlidir. Bankların kredit qərarlarında ekoloji risklərin nəzərə alınması və müvafiq qurumlar tərəfindən təşviq mexanizmlərinin yaradılması prosesi sürətləndirməlidir. Bundan başqa, bank işçilərinin “yaşıl maliyyə” üzrə biliklərinin artırılması, şəffaf hesabatlıq sistemlərinin qurulması və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın gücləndirilməsi gələcək uğurun açarı olacaq. Çinarə Ağayevanın fikrincə, hüquq müstəvisində “yaşıl kreditlər”in inkişafı üçün bir neçə əsas istiqamət prioritet olmalıdır: “Yaşıl layihələrin hüquqi tərifinin verilməsi – yəni hansı fəaliyyətin yaşıl hesab olunduğuna dair qanunverici baza, vergi və güzəşt mexanizmləri – yaşıl investisiyaları stimullaşdırmaq üçün dövlət dəstəyi, zəmanət fondlarının yaradılması – xüsusilə KOB-lar üçün kredit risklərinin azaldılması, şəffaf hesabat və monitorinq sistemi – maliyyələşdirilən layihələrin real ekoloji təsirinin ölçülməsi. Belə bir çərçivə həm investorların inamını gücləndirəcək, həm də bankların risk idarəetməsini asanlaşdıracaq”.

Ekspert deyir ki, bütün bu addımlar atılarsa, uzunmüddətli perspektivdə bu model sahibkarlara daha ucuz enerji, az xərcli istehsal və yeni ixrac bazarlarına çıxış imkanı verəcək. Ən əsası isə, bu istiqamətdə atılan hər addım Azərbaycanın enerji təhlükəsizliyinə, ekoloji və social rifahına xidmət edəcək. Dünya iqtisadiyyatı getdikcə daha çox “yaşıl kapital” prinsipi ilə işləyir. Bu tendensiya yaxın illərdə Azərbaycan üçün də iqtisadi rəqabət üstünlüyünə çevrilə bilər. Çünki yaşıl kreditlər biznesləri yalnız ekoloji deyil, həm də maliyyə baxımından dayanıqlı edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 14 Noyabr 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see297

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see212

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see211

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see205

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see176

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see168

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see155

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see144

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see141

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see140

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see140

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see139

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see137

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see136

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see134

Sarayevoda insan ovu QALMAQALI: İtalyanlara qarşı istintaq başladılıb

12 Noyabr 2025 17:12see134

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see133

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see129

Rahid Əmirquliyev: Millimiz İslandiya ilə Bakıdakı matçda revanş ala bilər

12 Noyabr 2025 18:16see129

Oğlan, yoxsa qız... Uşağın cinsiyyətini planlamaq olarmı? SORĞU

12 Noyabr 2025 17:15see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri