Icma.az
close
up
RU
Cinayət işlərində elektron məlumatlar sübut kimi qəbul ediləcək

Cinayət işlərində elektron məlumatlar sübut kimi qəbul ediləcək

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən elektron verilənlər, o cümlədən abunəçi məlumatları, trafik və ya məzmun verilənləri cinayət prosesini həyata keçirən orqanın qərarı ilə elektron formada sübut hesab ediləcək.
Modern.az-ın məlumatına görə, məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilən Cinayət və Cinayət-Prosessual Məcəllələrinə dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, elektron formada sübutlar və onların saxlanıldığı daşıyıcılar bir sıra hallar istisna olmaqla cinayət prosesini həyata keçirən orqan tərəfindən cinayət təqibi üzrə icraatın materiallarına əlavə edilir və işin bütün saxlanma müddəti ərzində işdə saxlanılacaq.
Qeyd olunub ki, elektron formada sübutlar və onların saxlanıldığı daşıyıcılar tamlığı və təhlükəsizliyi təmin ediləcək şəkildə qorunub saxlanılmalıdır.
Layihədə bildirilib ki, götürülmüş və işə əlavə edilmiş elektron formada sübutları cari uçot, hesabat va digər hüquqauyğun məqsədlər üçün qanuni sahib tələb etdikdə, ona həmin elektron formada sübutlardan və ya onların saxlanıldığı daşıyıcılardan müvəqqəti istifadə etmək və ya elektron verilənlərin surətini çıxarmaq imkanı verilməlidir.
Həmçinin, məhkəmənin hökmü qanuni qüvvəyə mindiyi gündən bir il keçdikdən sonra və ya cinayət prosesini həyata keçirən orqanın cinayət təqibi üzrə icraata xitam verilməsi haqqında qərarı qüvvəyə mindikdən sonra cinayət təqibi üzrə icraatın materiallarında olan elektron formada sübutlar və ya onların saxlanıldığı daşıyıcılar qanuni sahiblərinin xahişi ilə onlara qaytarıla bilər. Bu halda müstəntiq, prokuror və ya məhkəmə qaytarılan elektron formada sübutların surətlərini çıxarmalı, doğruluğunu təsdiq etməli və cinayət təqibi üzrə icraatın materiallarında saxlamalıdır.
Qanun layihəsində cinayət təqibi üzrə əhəmiyyət kəsb edən İKT sistemində, onun hissələrində və ya daşıyıcılarda saxlanılan elektron verilənlərin, o cümlədən xidmət provayderində saxlanılan məlumatların (abunəçi məlumatlarının, trafik və məzmun verilənlərinin) itkiyə və ya modifikasiyaya məruz qalmasının qarşısını almaq məqsədilə cinayət prosesini həyata keçirən orqanın əsasında beynəlxalq təhlükəsizlik standartlarına uyğun olaraq şifrləmə və ya digər müvafiq texniki tədbirlər görülür. Cinayət prosesini həyata keçirən orqanın bu barədə qərarında şifrləmə və ya digər texniki tədbirin obyekti, məzmunu, müddəti, şərtləri, tədbirlərin görülməsi tapşırılan şəxslər və əhəmiyyət kəsb edən digər hallar göstərilir. Şifrləmə və ya digər texniki tədbirlər sahibliyində müvafiq elektron verilənlər olan fiziki və ya hüquqi şəxslər, yaxud cinayət prosesini həyata keçirən orqanın müəyyən etdiyi digər şəxslər tərəfindən görüldüyü bildirilir.
Layihəyədə, elektron verilənlərin şifrləmə və ya digər müvafiq texniki tədbirlər tətbiq edilsə də, itkiyə və ya modifikasiyaya məruz qala biləcəyini güman etməyə kifayət qədər əsaslar olduqda, cinayət prosesini həyata keçirən orqan sahibliyində belə elektron verilənlər olan fiziki, hüquqi və ya vəzifəli şəxsə həmin elektron verilənlərin, o cümlədən xidmət provayderində saxlanılan məlumatların (abunəçi elektron verilənlər olan fiziki və ya hüquqi şəxslər, yaxud cinayət prosesini həyata keçirən orqanın müəyyən etdiyi digər şəxslər tərəfindən görülür.
Bildirilib ki, elektron verilənlərin şifrləmə və ya digər müvafiq texniki tədbirlər tətbiq edilsə də, itkiyə və ya modifikasiyaya məruz qala biləcəyini güman etməyə kifayət qədər əsaslar olduqda, cinayət prosesini həyata keçirən orqan sahibliyində belə elektron verilənlər olan fiziki, hüquqi və ya vəzifəli şəxsə həmin elektron verilənlərin, o cümlədən xidmət provayderində saxlanılan məlumatların (abunəçi məlumatlarının, trafik və məzmun verilənlərinin) 90 gündən çox olmayan müddət ərzində mühafizə və toxunulmazlığının təmin edilməsinin tapşırılması barədə qərar qəbul edə bilər. Bu müddət cinayət təqibi üzrə icraat başa çatanadək uzadıla bilər.

Cinayət prosesini həyata keçirən orqanın qərarında mühafizə edilməsi nəzərdə tutulan elektron verilənlərin məzmunu, mühafizənin müddəti, şərtləri, mühafizənin təmin edilməsi tapşırılan şəxslər və əhəmiyyət kəsb edən digər hallar göstərilir. Mühafizənin təmin edilməsi ilə bağlı tədbirlər sahibliyində müvafiq elektron verilənlər olan fiziki və ya hüquqi şəxslər, yaxud cinayət prosesini həyata keçirən orqanın müəyyən etdiyi digər şəxslər tərəfindən görülür.
Sənəddə vurğulanıb ki, elektron verilənlərin mühafizəsi tapşırılmış şəxs bu cür prosedurların həyata keçirilməsi ilə bağlı konfidensiallığı qorumalıdır.
Məsələ səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Fevral 2026 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see357

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see346

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see337

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see324

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see317

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see309

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see299

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see291

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see287

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see257

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see241

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see237

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see228

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see225

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see220

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see205

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see196

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see194

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see189

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri