Icma.az
close
up
RU
Cinayət işlərində “qabiliyyətsiz” statusu dəqiqləşdirildi Milli Məclisə tövsiyə

Cinayət işlərində “qabiliyyətsiz” statusu dəqiqləşdirildi Milli Məclisə tövsiyə

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Cinayət prosesində fəaliyyət qabiliyyəti olmayan şəxslərə dəstək mexanizmlərinin yaradılması tövsiyə edilib.

"AzPolitika" xəbər verir ki, bu barədə Fərhad Abdullayevin sədrliyi ilə keçirilən Konstitusiya Məhkəməsinin plenumunda Baş Prokurorluğun sorğusu əsasında qərar qəbul edilib.

Bildirilib ki, məhkəmə iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında Cinayət-Prosessual Məcəllənin 100.2.1-ci, 100.3-cü və 469.4-cü maddələrinin həmin Məcəllənin 65.7-ci, 142.2-ci maddələri və Mülki Prosessual Məcəlləsinin 33-cü fəslinin bəzi normaları ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin plenumu iş üzrə mütəxəssis mülahizələrini, ekspert rəylərini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Cinayət-Prosessual Məcəllənin 92.4.8 və 100-cü maddələrinin tələbləri, eləcə də Konstitusiya Məhkəməsi plenumunun bu qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, həmin Məcəllənin 100.2.1-ci maddəsində göstərilən "Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxs" müddəası Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyənləşdirilmiş əsaslarla, mülki prosessual qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında fəaliyyət qabiliyyətinin olmaması təsdiq edilmiş şəxsi nəzərdə tutur və belə qətnamə (şəxsin məhkəmə qaydasında təkrar fəaliyyət qabiliyyətli hesab edildiyi hal istisna olmaqla) cinayət prosesini həyata keçirən orqan tərəfindən zərərçəkmiş şəxsə, mülki iddiaçıya, şübhəli və təqsirləndirilən şəxsə, habelə mülki cavabdehə qanuni nümayəndənin təyin edilməsi üçün əsasdır.

Azərbaycan Konstitusiyasının 26, 60 və 68-ci maddələrinin, hüquqi müəyyənlik və qanunçuluq prinsiplərinin tələbləri və Konstitusiya Məhkəməsi plenumunun bu qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər əzərə alınmaqla:

- Cinayət-Prosessual Məcəllənin 100.3-cü maddəsində nəzərdə tutulan zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin və mülki cavabdehin məhkəmə qaydasında cinayət-prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinin və cinayət-prosessual fəaliyyət qabiliyyətinin bərpasının prosessual qaydalarının qanunvericiliklə müəyyənləşdirilməsi;

- fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə əsas verməyən sağlamlıq vəziyyətilə bağlı pozuntulara görə cinayət-prosessual hüquqlarını və vəzifələrini müstəqil həyata keçirə bilməyən zərərçəkmiş şəxslərin cinayət prosesində səmərəli iştirakını təmin edən müvafiq dəstək mexanizmlərinin cinayət-prosessual qanunvericiliyində müəyyənləşdirilməsi Milli Məclisə tövsiyə edilsin.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 Noyabr 2026 19:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see361

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see332

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see326

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see270

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see257

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see248

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see236

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see232

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see229

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see225

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see222

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see220

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see216

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see203

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see194

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see186

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see185

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see177

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see177

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri