Icma.az
close
up
RU
“Bizlə cinayətkarlar kimi davranırlar”

“Bizlə cinayətkarlar kimi davranırlar”

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünya çempionatı ətrafında hədsiz çox səs-küy var.

Məsələn, ABŞ və FİFA Seneqal və Özbəkistan yığmalarının hədsiz sərt şəkildə yoxlanılmasın görə tənqid olunur: onları metal detektorlarının və xidməti itlərin yardımı ilə yoxlayıblar. Afrika komandası elə təyyarədən çıxarkən belə yoxlamaya məruz qalır. Əksər azarkeşlər bütün bunları alçaldıcı tədbir sayır.
Ayaqqabılarını çıxarmağa məcbur etdilər
Seneqal yığmasının San-Antonioya (Texas ştatı) gəlişini əks etdirən kadrlar daha ciddi əks-səda doğurub. Oyunçuları və nümayəndə heyətinin qalan üzvlərini birbaşa uçuş zolağında yoxlayıblar: təhlükəsizlik xidmətinin əməkdaşları qonaqların üzərini əl metal detektorları ilə yoxlayıb, həmçinin ayaqqabılarını soyunmağa və çantalarını açmağa məcbur ediblər.
Özbəkistan yığması ilə bağlı video da sosial şəbəkələrdə yayılmaqdadı. Bu komandanın təmsilçilərini Niderlandla Nyu-Yorkda keçirilən oyun ərəfəsində avtobusdan çıxarkən yoxlamağa qərar veriblər: metalaxtarıcının istifadə olunduğu standart yoxlama ilə yanaşı, əşyalarını asfalt üzərinə boşaltmağa da məcbur ediblər ki, itlər axtarsın. Ardından hər kəsi stadiona buraxıblar. Oyun qalmaqalsız keçib – Özbəkistan 1:2 uduzub.
Azarkeşlər belə yoxlama üsuluna hədsiz emosional reaksiya verib. Sosial şəbəkələrdə yazılanlardan aydın olur ki, dünya və Avropa çempionatlarında milli komandalar heç vaxt belə sərt şəkildə yoxlanılmayıb. Xüsusən də təşkilatçılar Afrika və Asiya yığmalarına qərəzli münasibətdə suçlanır. “AkumaCelest” nikindən yararlanan istifadəçi yazır:

“Bütün bu nümayəndə heyətləri geri dönüb, öz ölkələrinə getməli və FİFA-nın dünya çempionatını təkbaşına keçirməsinə imkan verməliydilər. Açıq-aşkar hörmətsizlikdi”.


“Dimotc” isə bunu əlavə edir:

“FİFA xəcalət çəkməlidi. Bu yalnız asiyalıların, cənubi amerikalıların və afrikalıların başına gəlir. Heç bir Avropa məmuru və ya idmançısı belə alçaldılmaya məruz qalmayıb”. “KvThgio”nin fikri də oxşardı: “Bizlə cinayətkarlar kimi davranırlar. İran yığması ilə bağlı vəziyyət daha pis olacaq”.


7 saat (!) yoxladılar
ABŞ – İran münasibətlərinin xarakterini nəzərə alsaq, hər şey aydındı. Amma başqa qalmaqal tarixcələri də var. İraq yığmasının hücumçusu Aymen Huseyn ABŞ-yə qədəm qoyandan sonra uzun-uzadı yoxlanılıb: Çikaqodakı hava limanında sərhədçilər onun telefonunu müsadirə ediblər, 7 saat sorğu-sual edəndən sonra, nəhayət, ölkəyə daxil olmasına icazə veriblər. Yığmanın fotoqrafı Talal Salahın isə bu mənada bəxti gətirməyib – 10 saatlıq sorğu-sualdan sonra onu vətəninə göndəriblər. ABŞ-nin gömrük-sərhəd xidməti bəyan edib ki, yoxlama zamanı fotoqrafın ölkəyə girişini mümkünsüz edən problemlər üzə çıxıb.
Amerikasayağı qonaqpərvərlik
Ümumiyyətlə, DÇ ilə bağlı viza qalmaqallarının sayı çoxdu. Amerikanın immiqrasiya xidməti FİFA-nın mundialın oyunlarını idarə etmək üçün siyahıya saldığı somaıiıi referi Omar Artana viza verməyib. Afrikanın ən yaxşı hakimi Mayamidəki beynəlxalq hava limanına diplomatik pasportla qədəm qoyub. Ancaq immiqrasiya xidmətinin əməkdaşları heç bir izahat vermədən onun ölkəyə girişinə qadağa qoyub və əks reys ilə İstanbula qaytarıb.
Artan DÇ-nin final mərhələsində oyun idarə edən ilk Somali hakimi ola bilərdi. Artıq FİFA da onun Amerikaya buraxılmadığını təsdiqləyib:

“FİFA qəbul edən ölkənin immiqrasiya proseslərində, o cümlədən viza verilməsində iştirak etmir. Hakimiyyət orqanları bizə bildirib ki, cənab Artanın statusu indiki məqamda dəyişməyəcək”.


Referi arzuolunmaz hadisə fonunda da nikbinliyini qoruyub:

“Futbol ailəsinə dəstək sözlərinə görə təşəkkür etmək, həmkarlarıma dünya çempionatında uğurlar arzulamaq istəyirəm. Gələcək turnirlərdə yenidən onlara qoşulacağıma ümid edirəm”.


Artan Afrika Futbol Konfederasiyasının versiyasına görə ötən il “qara qitə”nin ən yaxşı hakimi sayılıb. O, Afrika Çempionlar Liqasının finalının “Piramids” ilə “Mamelodi Sandaunz” arasında keçirilən cavab oyununu idarə edib.
Onu da vurğulayaq ki, Somali ABŞ-nin vətəndaşlarına viza məhdudiyyətləri tətbiq etdiyi ölkələr sırasına daxildi. Yalnız diplomatlar və müəyyən kateqoriyadan olan vətəndaşlar istinsadı ki, Artana münasibətdə də bu qayda işləməyib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 15 İyun 2026 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see308

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see303

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see262

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see244

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see237

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see235

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see226

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see224

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see218

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see216

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see212

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see211

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see207

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see205

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see205

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see203

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see198

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see197

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri