Çində 26 mərtəbəli bina cəmi 120 günə tikildi VİDEO
Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Çində 208 mənzildən ibarət 26 mərtəbəli yaşayış binasının tikintisi cəmi 120 saata başa çatdırılıb. Buna paslanmayan poladdan modul tikinti texnologiyasının tətbiqi sayəsində nail olunub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, “Jingdu Holon” adlanan binanın ümumi sahəsi təxminən 14 min kvadratmetrdir. 26 mərtəbəli bina cəmi 5 gün ərzində quraşdırılıb. Bina Syanin rayonunda yerləşir. Tikinti işləri 2024-cü il yanvarın 7-dən 11-dək aparılıb. Klassik tikinti üsulundan fərqli olaraq, burada yaşayış modulları əvvəlcədən zavodda hazırlanıb, daha sonra tikinti sahəsinə gətirilib. Mənzillər tikinti sahəsinə demək olar ki, tam hazır vəziyyətdə çatdırılıb. Hər modulun uzunluğu təxminən 12 metr, eni 2,4 metr, hündürlüyü isə 3 metrdir.
Modullar zavoddan elektrik, santexnika və kondisioner sistemləri əvvəlcədən quraşdırılmış şəkildə çıxır. Tikinti sahəsində isə təxminən 100 işçi kranların köməyi ilə hazır elementləri birləşdirir. Binanın karkası tam quraşdırıldıqdan sonra su və elektrik şəbəkəsinə qoşulması kifayət edir və bina dərhal istifadəyə hazır vəziyyətə gəlir. Binada dörd lift fəaliyyət göstərir. Mənzillər əvvəlcədən mebellə də təmin olunub. Buna görə sakinlər əlavə təmir və ya tamamlama işlərinə ehtiyac olmadan birbaşa mənzillərə köçə bilirlər. Bina regiona yerli işçi qüvvəsinin cəlb edilməsi proqramı çərçivəsində gələn mütəxəssislər üçün nəzərdə tutulub. Binanı inşa edən “Broad Group Holon” şirkəti tikilinin zəlzələyə davamlı olduğunu və 1000 ildən çox istismar edilə biləcəyini iddia edir.
1922-ci ildə köhnə qəzetlərdən tikilən ev
Xatırladaq ki, 1922-ci ildə amerikalı mühəndis Ellis F. Stenman Massaçusets ştatının Rokport şəhərində yay evi tikməyə başlayıb. Evin karkası, döşəməsi və damı ənənəvi ağac materialından olsa da, mühəndis divarları köhnə qəzetlərdən hazırlayıb. Zamanla eksperiment daha geniş miqyas alıb. Evin tikintisində təxminən 100 min qəzetdən istifadə olunub. Divarların bəzi hissələrində kağız qatlarının sayı 215-ə çatıb.
Stenman əvvəlcə qeyri-adi divarları taxta üzlüklə örtməyi planlaşdırıb. Lakin qəzet qatlarının yapışdırılıb laklanmasından sonra səthin nə qədər möhkəm olduğunu görərək divarları olduğu kimi saxlamağa qərar verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 12 Sentyabr 2026 17:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















