Çində təyyarə 109 mərtəbəli binaya çırpıldı
Sitat.info portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Çinin paytaxtı Pekində yüngülmühərrikli təyyarə şəhərin ən hündür binası olan 109 mərtəbəli “CITIC Tower” göydələninə çırpılıb.
Sitat.info xəbər verir ki, bu barədə Çin mətbuatı məlumat yayıb.
Bildirilib ki, təyyarənin və binanın qırıntıları qəza nəticəsində metrlərlə hündürlükdən yerə tökülüb. Qalıqların binanın giriş hissəsinə düşməsi səbəbindən orada kiçikmiqyaslı yanğın qeydə alınıb. Hadisədən dərhal sonra göydələn sürətlə təxliyə edilib. Ətrafdakı bəzi nəqliyyat vasitələrinə də düşən dağıntılar nəticəsində ziyan dəyib.
Hadisə yerinə çoxlu sayda hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub, binanın ətrafındakı yollar hərəkət üçün bağlanıb.Məlumata görə, “Shifosi” hava limanından havalanan “Sunward SA 60L Aurora” tipli təyyarədə yalnız pilot olub. Təyyarə eniş etmək üçün geriyə dönməyə hazırlaşsa da, marşrutdan kənara çıxıb və onunla əlaqə kəsilib.
Qəza nəticəsində ölən və yaralananların sayı barədə hələlik rəsmi məlumat verilməyib.
Hadisənin dəqiq səbəbləri araşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 26 İyun 2026 20:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















