Icma.az
close
up
RU
Çində ana xətti ilə qurulmuş cəmiyyət aşkarlandı 250 il davam edib

Çində ana xətti ilə qurulmuş cəmiyyət aşkarlandı 250 il davam edib

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çində aparılan arxeoloji araşdırma nəticəsində alimlər, 4500 il əvvəl Şandun vilayətində yaşamış qədim bir toplumun sosial strukturuna dair diqqətçəkən nəticələr əldə ediblər. 

Qaynarinfo xəbər verir ki, beynəlxalq arxeoloq qrupunun Çinli mütəxəssislər rəhbərliyi ilə apardığı tədqiqatın nəticələri "Nature" elmi jurnalında dərc olunub.

Tədqiqat çərçivəsində eramızdan əvvəl 2750-2500-cü illər arasında yaşamış 60 nəfərə aid DNT nümunələri təhlil edilib. Nəticələr göstərib ki, həmin cəmiyyət nəsil bağlarını yalnız ana xətti üzrə izləyirmiş, yəni matrilineal sosial sistemə malik olub.

Bu sistem ən azı 10 nəsil, yəni təxminən 250 il boyunca sabitliyini qoruyub ki, bu da qədim matrilineal toplumlar üçün misilsiz bir haldır.

Araşdırma göstərir ki, bu toplum əsasən darı becərilməsi, heyvandarlıq və böyük ehtimalla balıqçılıqla məşğul olub. Maraqlısı budur ki, bu qədər uzunömürlü bir matrilineal struktur, böyük sosial və maddi təbəqələşmə olmadan da cəmiyyətin sabit və funksional şəkildə mövcud ola biləcəyini sübut edir.

Bu nəticələr antropologiyanın ən mübahisəli suallarından birinə - qədim insan cəmiyyətlərində üstünlük təşkil edən qohumluq tipinə dair yeni baxış bucağı təqdim edir.

Alimlərin fikrincə, bu, qədim dövrlərdə matrilineal sistemlərin yalnız müvəqqəti deyil, həm də davamlı və uğurlu şəkildə mövcud ola bildiyini təsdiqləyən ilk sənədli sübutdur. Bu isə neolit dövrü cəmiyyətlərinin sosial təşkili haqqında mövcud elmi təsəvvürləri yenidən nəzərdən keçirməyə zəmin yaradır.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 09 İyun 2025 23:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri