Icma.az
close
up
RU
Çində yeni viruslar aşkarlandı alimlər xəbərdarlıq edir

Çində yeni viruslar aşkarlandı alimlər xəbərdarlıq edir

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

COVID-19 pandemiyasının təsirləri hələ tam keçməmiş, Çinin Yunnan əyalətində aparılan bir araşdırma yeni bir qlobal sağlamlıq təhlükəsinə işarə edir.

News24.az Haber Global-a istinadən xəbər verir ki,  alimlər bölgədəki yarasalar üzərində apardıqları tədqiqat nəticəsində insan sağlamlığı üçün risk daşıya biləcək 22 müxtəlif virus aşkarlayıb. Onlardan 20-si elmə əvvəldən məlum olmayan yeni viruslardır.

Xüsusilə iki virusun, ağır beyin iltihabı (ensefalit) və kəskin tənəffüs çatışmazlığı yarada bilən Henipavirus ailəsinə genetik baxımdan çox yaxın olduğu bildirilir. Mütəxəssislər bu virusların zoonotik, yəni heyvandan insana keçə bilən növlər olduğunu vurğulayır. Henipavirus ailəsinə daxil olan Nipah və Hendra virusları keçmişdə insanlarda yüksək ölüm faizi ilə (40–75%) nəticələnən epidemiyalara səbəb olub.

Tədqiqatçılar həmçinin bu virusların yarasaların böyrəklərində olduğunu və bu yolla idrar vasitəsilə meyvələrə və suya keçə biləcəyini bildirirlər. Bu isə virusun meyvə istehlakı və ya çirklənmiş su vasitəsilə yayılma ehtimalını artırır. Bu cür yoluxma halları daha əvvəl Banqladeş və Malayziyada baş verən Nipah epidemiyalarında da müşahidə olunub.

Araşdırma zamanı yarasaların böyrəklərində yalnız viruslar deyil, eyni zamanda Klossiella yunnanensis adlı protozoon və Flavobacterium yunnanensis adlı yeni bakteriya növü də aşkar edilib. Alimlər bildirir ki, yarasalar müxtəlif mikroorqanizmlərin daşıyıcısı kimi ciddi sağlamlıq riski yarada bilər.

Xeyrənsə Piriyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://news24.az
archiveBu xəbər 08 İyul 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see387

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see382

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see295

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see293

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see262

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see254

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see254

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see249

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see247

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see234

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see233

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see220

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see206

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see202

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see200

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see193

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see192

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see192

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri