Icma.az
close
up
RU
Çində azərbaycanlı gəncə mükafat verildi FOTO

Çində azərbaycanlı gəncə mükafat verildi FOTO

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Çinin Cıcian əyalətinin Ucen şəhərində 20-23 noyabr 2024-cu il tarixlərində Dünya İnternet Konfransı keçirilib.  

Modern.az xəbər verir ki, “İnsan mərkəzli və süni intellektlə rəqəmsal gələcəyi əhatə etmək - Kiberməkanda ortaq gələcəkli bir cəmiyyət qurmaq” mövzusunda keçirilən konfrans texnologiya idarəçiliyi, rəqəmsal iqtisadiyyat və süni intellekt kimi mövzularda 24 alt forumdan ibarət olub.

Açılış mərasimində Çin Xalq Respublikasının Sədri Si Cinpinin videomüraciəti yayımlanıb, Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü Li Şulei, BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Cunhua, tanınmış internet və rəqəmsal inkişaf şirkətlərinin rəhbərləri çıxış ediblər. Tədbirdə beynəlxalq təşkilatların, dövlət qurumlarının, aparıcı internet şirkətlərinin nümayəndələri, o cümlədən ekspertlər, alimlər və media mütəxəssisləri də daxil olmaqla 1800-dən çox iştirakçı bir araya gəlib.

Dünya İnternet Konfransı çərçivəsində süni intellekt üzrə xüsusi komitənin yaradılması, beyin mərkəzlərinin əməkdaşlıq proqramının işə başlaması və beynəlxalq rəqəmsal təlim institutunun yaradılması elan olunub.

Dünya İnternet Konfransının “Qlobal Gənc Liderlik” Proqramına seçilmiş 17 ölkənin, o cümlədən Çin, Braziliya, Rusiya, Malayziya, Cənubi Koreya, İsveçrə və Böyük Britaniyanın nümayəndələri tədbirdə iştirak ediblər. Azərbaycandan Vyana Universitetinin doktorantı, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının prezidenti Aytən Əliyeva qlobal gənc lider mükafatına layiq görülüb.

“Rəqəmsal gələcək və gənclik” adlı subforumda “Rəqəmsal əməkdaşlıq və gənclərin rolu” mövzusunda çıxış edən A.Əliyeva Azərbaycanın iqtisadi potensialı, Şərq ilə Qərb arasında ticarət və nəqliyyat yollarında əlverişli mövqeyi, yaşıl inkişafla bağlı təşəbbüsləri barədə danışıb, “Avropa İttifaqı-Çin nəqliyyat əlaqələndirməsi və Cənubi Qafqaz regionunun rolu” adlı araşdırma layihəsi, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının fəaliyyəti haqqında məlumat verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Noyabr 2024 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see407

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see350

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see314

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see254

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see253

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see232

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see226

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see223

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see216

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see212

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see209

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see209

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see207

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see205

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see195

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see192

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see188

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri