Azərbaycanlı dirijor Çində
Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.
Musa Cəlil adına Tatarstan Dövlət Opera və Balet Teatrı 13 dekabrdan 1 yanvar 2025-ci il tarixinə qədər Çin Xalq Respublikasında davam edən genişmiqyaslı qastrol turnesində iştirak edir.
Kulis.az xəbər verir ki, 110 nəfərdən ibarət böyük heyətin tərkibində teatrın balet truppası, simfonik orkestri və texniki heyəti iştirak edir.
Tamaşaları idarə etmək üçün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Respublikanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev dəvət edilib.
Kazan opera teatrının təqdimatında Çinin çoxmilyonlu əhalisinin yaşadığı iri şəhərləri - Şanxay, Nancinq, Quanqjou, Şenjen, Lyujou, Juxay, Beyxay, Quylin, Foşan, Yuylində 15 tamaşa təqdim olunacaq.
Qeyd edək ki, dünya balet sənətinin ən parlaq nümunələri - P. Çaykovskinin “Sonalar gölü” və “Şelkunçik” baletləri və müxtəlif instrumental nümunələri əhatə edən simfonik musiqi gecələri keçirələcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 23 Dekabr 2024 09:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















