Çində bıçaqlı hücum nəticəsində 8 nəfər ölüb, 17 nəfər yaralanıb AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Pekin, 16 noyabr, AZƏRTAC
Çinin Ciansu əyalətinin İsin şəhərində bıçaqlı şəxs peşə məktəbinin yataqxanasına hücum edərək 8 nəfəri qətlə yetirib, 17 nəfəri yaralayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə yerli polis açıqlama yayıb. Hadisə noyabrın 16-da yerli vaxtla saat 18:30 radələrində baş verib. Cinayəti törətməkdə şübhəli bilinən 21 yaşlı şəxs hadisə yerində saxlanılıb.
Polisin açıqlamasında deyilir ki, həmin peşə məktəbini bitirən şübhəli buraxılış imtahanından kəsilib və məzun şəhadətnaməsi ala bilmədiyi üçün hadisəni törətdiyini söyləyib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Baxış sayı:55
Bu xəbər 16 Noyabr 2024 21:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















