Icma.az
close
up
RU
Çində demoqrafik problem Qadağaların ləğv olunması təklif olundu

Çində demoqrafik problem Qadağaların ləğv olunması təklif olundu

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Çində demoqrafik problemə çevrilən əhalinin azalmasının qarşısını almaq üçün nikah yaşının aşağı salınması təklif olunur.

Modern.az xəbər verir ki, bu təklifi Çin Elmlər Akamediyasının akademiki Çen Sonsi üzvü olduğu Çin Xalq Siyasi Məşvərət Şurasının martın 4-də işə başlayacaq illik iclasında irəli sürməyi planlaşdırıb. O, evlilik yaşının 18-ə endirilməsini mümkün hesab edir. Hazırda Çində oğlanlar üçün ən aşağı nikah yaşı 22, qızlar üçün 20-dir. Bu yaş həddi Çində “hər ailəyə bir uşaq” siyasəti dövründə qəbul olunub. Çin dünyada nikah üçün ən yuxarı minimum yaş həddi tələbi olan ölkələrdən biridir.

Nikah yaşının aşağı salınmasından başqa, ailələrə uşaq dünyaya gətirməklə bağlı məhdudiyyətin tam ləğv edilməsi də təklif olunur. Çində hazırda ailələrə ən çoxu 3 uşaq dünyaya gətirməyə icazə verilir.

Evlilik yaşının azaldılması və uşaq sayına qoyulan məhdudiyyətin tam aradan qaldırılmasının məqsədi gəncləri ailə qurmağa və uşaq dünyaya gətirməyə təşviq etməkdir. Bu təkliflər Çində son illər müşahidə olunmağa başlayan və gələcəkdə ciddi çağırışa çevrilməsi gözlənilən demoqrafik problemlərin qarşısını almağa yönəlib.

Qeyd edək ki, son 3 ildir Çində nikahların və yenidoğulanların sayının azalması, ölümlərin sayının isə çoxalması fonunda əhalinin sayı da azalır. Milli Statistika Bürosu Çinin ümumi əhalisinin 2023-cü ildəki 1,409 milyarddan 2024-cü ildə 1,39 milyon nəfər azalaraq 1,40828 milyard nəfərə düşdüyünü açıqlayıb. Çində 1980-ci ildən 2015-ci ilə qədər həyata keçirilən “hər ailəyə bir uşaq” siyasəti və sürətli urbanizasiya səbəbindən doğum nisbəti onilliklər ərzində azalmaqda davam edir. Akademik Çen Sonsinin rəhbərlik etdiyi qrupun araşdırmalarına əsasən, 2024-cü ildə Çində yaşı 65-dən yuxarı olanların sayı ölkə əhalisinin 15,6 faizini təşkil edib. Proqnozlara görə, bu rəqəm 2031-ci ildə 20 faizə çatacaq və bununla Çin “super yaşlı cəmiyyət”ə çevriləcək. Bu neqativ tendensiya davam edərək, 2050-ci ildə 29,5 faizə, 2086-cı ildə isə 42,4 faizə çatacaq. Əhalinin ümumi sayının, o cümlədən əməkqabiliyyətli insanların sayının azalmasının, təqaüdçülərin sayının isə çoxalmasının iqtisadiyyata, eləcə də dövlət büdcəsinə neqativ təsirləri qaçılmazdır. Hazırda Çinin dövlət və özəl pensiya fondlarındakı vəsaitlərin ümumi məbləği 1,45 trilyon dollardır. Ekspertlər hesab edir ki, bu məbləğ gələcək 5-10 il ərzində tələbatı ödəyə bilməyəcək və təxminən bir o qədər əlavə vəsaitə ehtiyac yaranacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Mart 2025 08:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri