Icma.az
close
up
RU
Menu

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

LGBT ilə bağlı qadağaların detalları açıqlandı

LGBT ilə bağlı qadağaların detalları açıqlandı

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda LGBT mövzusu ilə bağlı mümkün qanunvericilik məhdudiyyətləri, xüsusilə internetdə, sosial şəbəkələrdə və digər informasiya platformalarında yayılan məzmunun tənzimlənməsi məsələsi müzakirə olunur. Bəs bu istiqamətdə hansı qadağalar tətbiq edilə bilər və mümkün məhdudiyyətlər nələri əhatə etməlidir?

“Yeni Sabah” xəbər verir ki, Milli Məclisin deputatı Vüqar İskəndərov modern.az-a açıqlamasında bildirib ki, LGBT mövzusuna emosional yanaşmaq əvəzinə, məsələyə dövlətçilik, hüquq və ictimai məsuliyyət prizmasından baxmaq lazımdır.

"Cəmiyyətin mənəvi dəyərlərini qorumaqla müasir dünyanın çağırışlarına açıq olmaq bir-birini istisna etmir. Azərbaycan ailə institutuna, milli-mənəvi ənənələrinə xüsusi önəm verən dövlətdir. Bu dəyərlərin qorunması bizim üçün prinsipial məsələdir. Lakin düşünürəm ki, LGBT mövzusu ətrafında aparılan müzakirələrə emosiyalarla deyil, dövlətçilik, hüquq və ictimai məsuliyyət prizmasından yanaşmaq lazımdır". pizza mizza

Deputatın sözlərinə görə, ilk növbədə insanların şəxsi həyatı ilə ictimai informasiya məkanının tənzimlənməsi arasında fərq qoyulmalıdır.

"Əvvəla, bir məqamı dəqiqləşdirək: insanların şəxsi həyatı ilə ictimai informasiya məkanının tənzimlənməsi fərqli məsələlərdir. Dövlətin məqsədi kiminsə şəxsi həyatını mühakimə etmək deyil, xüsusilə uşaqların yaşına uyğun informasiya mühitinin formalaşmasına, ailə institutunun möhkəmlənməsinə və cəmiyyətin mənəvi dəyərlərinin qorunmasına şərait yaratmaq olmalıdır".

Vüqar İskəndərov hesab edir ki, bu məsələdə əsas diqqət rəqəmsal platformalarda yayılan məzmunun xarakterinə yönəldilməlidir.

"Bu gün əsas çağırışlardan biri rəqəmsal informasiya mühitidir. Uşaqlar bəzən valideynlərindən və müəllimlərindən daha çox sosial şəbəkələrin təsiri altında formalaşırlar. Ona görə də internetdə, reklamda, kino və digər informasiya platformalarında azyaşlılar üçün uyğun olmayan məzmunun tənzimlənməsi məsələsinə kompleks yanaşılmalıdır.

Burada əsas meyar hər hansı insan qrupunun kimliyi deyil, məzmunun xarakteri və uşağın inkişafına mümkün təsiri olmalıdır".

Deputat vurğulayıb ki, ailə institutunun qorunması və möhkəmləndirilməsi yalnız inzibati qadağalarla mümkün deyil. Bunun üçün sosial və maarifləndirici tədbirlər də həyata keçirilməlidir.

"Ailə institutu gücləndirilməlidir. Ailəni yalnız qadağalarla qorumaq mümkün deyil. Bunun üçün sosial siyasət, sağlam ailə münasibətlərinin təşviqi, valideyn məsuliyyəti və gənclərin maarifləndirilməsi daha effektiv vasitələrdir".

Vüqar İskəndərov LGBT mövzusu ilə bağlı gələcəkdə qanunvericilik təşəbbüsünün mümkünlüyünə də münasibət bildirib.

Onun sözlərinə görə, belə bir təşəbbüs gündəmə gələrsə, mümkün məhdudiyyətlərin hüquqi əsasları və tətbiq dairəsi dəqiq müəyyənləşdirilməlidir.

"Hesab edirəm ki, gələcəkdə bu istiqamətdə hər hansı qanunvericilik təşəbbüsü gündəmə gələrsə, onun müddəaları aydın, hüquqi baxımdan əsaslandırılmış və Konstitusiyanın təmin etdiyi hüquqlara uyğun olmalıdır.

Xüsusilə ‘təbliğat" anlayışı elə müəyyənləşdirilməlidir ki, bu, ayrı-seçkiliyə, insanların şəxsi həyatına əsassız müdaxiləyə və ya fərqli fikirlərin avtomatik olaraq qanun pozuntusu sayılmasına yol açmasın".

Deputat əlavə edib ki, dövlət siyasətində əsas məqsəd gənc nəslin təhsili, tərbiyəsi və milli-mənəvi dəyərlərin qorunması olmalıdır.

"Bizim üçün əsas məsələ sağlam, savadlı, milli kimliyinə bağlı və məsuliyyətli gənc nəslin yetişdirilməsidir.

Unutmayaq ki, cəmiyyətin mənəvi immuniteti təkcə qadağalarla deyil, güclü ailə, keyfiyyətli təhsil və düzgün tərbiyə ilə formalaşır. Dövlətin gücü də məhz dəyərləri qoruyarkən hüququn aliliyini təmin etməsindədir".


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 15 Oktyabr 2026 08:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see282

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see274

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see269

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see265

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see263

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see259

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see249

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see244

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see229

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see219

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see218

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see208

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see206

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see205

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see202

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see202

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see198

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see196

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see190

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri