Icma.az
close
up
RU
Çində ekoloji təmiz avtomobillərin satışı 37 faiz çoxalıb

Çində ekoloji təmiz avtomobillərin satışı 37 faiz çoxalıb

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Pekin, 9 may, AZƏRTAC

Çində ekoloji təmiz avtomobillərin (elektromobil və hibrid avtomobillər) satışında apreldə 37 faizlik artım qeydə alınıb.

AZƏRTAC Çin Sərnişin Avtomobilləri Assosiasiyasının məlumatına istinadla xəbər verir ki, ötən ay ölkədə 922 min “yaşıl” avtomobil satılıb. Əvvəlki illə müqayisədə artıma baxmayaraq, mart ayı ilə müqayisədə satış 7 faiz azalıb. Bununla belə, Çindəki ekoloji təmiz avtomobil satışları dünya üzrə liderliyi qoruyur.

“Yaşıl” avtomobillərin populyarlıq göstəricisi də yüksəlir. Ötən ay yeni enerji avtomobillərinin bazara daxil olma nisbəti 52,3 faiz təşkil edib.

Ümumilikdə, ilin 4 ayında Çində 3,34 milyon ekoloji təmiz avtomobil satılıb. Bu da əvvəlki illə müqayisədə 37 faiz çoxdur.

Çin nəqliyyat infrastrukturunun inkişafını bərpaolunan enerji sistemləri ilə uzlaşdıraraq, 2035-ci ilədək yeni enerji avtomobillərini ümumi avtomobil satışının əsas istiqaməti halına gətirməyə çalışır.

Qeyd edək ki, ötən il Çində elektromobil və hibrid avtomobil istehsalı 12 milyondan çox, pərakəndə satışı isə 11 milyona yaxın olub. İstehsal və satış təxminən 35 faiz artıb. Çin ardıcıl 10 ildir elektrik avtomobillərin istehsalında və satışında dünya lideridir. Ötən il dünya üzrə elektrik avtomobili satışının yarıdan çoxu Çində olub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:219
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 May 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri