Icma.az
close
up
RU
Xarici investisiyalar 6 faiz çoxalıb

Xarici investisiyalar 6 faiz çoxalıb

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Media Təhlil Mərkəzinin (MTM) Mərkəzi Bankın açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlil göstərir ki, son 5 ildə Azərbaycan iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların həcmi sürətlə çoxalıb. MTM-in bununla bağlı məlumatına əsasən, ümumilikdə, bu dövrdə ölkə iqtisadiyyatına 29 milyard 303 milyon dollar birbaşa xarici investisiya cəlb olunub.

Rəsmi rəqəmlərə əsasən, son 5 ilin ən yüksək göstəricisi ötən il qeydə alınıb. Belə ki, həmin dövrdə ölkə iqtisadiyyatına cəlb edilən birbaşa xarici investisiyanın həcmi 7 milyard 46 milyon dollar (əvvəlki ilə nisbətən 5,8 faiz və ya 388 milyon 149 min dollar çox) olub.

Son 5 ilin hər birində respublikamıza ən çox birbaşa investisiya yönəldən ölkə Birləşmiş Krallıq olub. Belə ki, 2020-2024-cü illərdə Birləşmiş Krallıqdan ölkə iqtisadiyyatına 8 milyard 633 milyon dollar birbaşa xarici investisiya cəlb olunub. İkinci sırada 5 milyard 26 milyon dollar ilə Türkiyə qərarlaşıb. Üçüncü sırada isə digər türk dövləti – Kipr yer alıb. Son 5 ildə Kiprdən ölkəmizə 2 milyard 909 milyon dollar həcmində birbaşa xarici investisiya cəlb olunub.

Ümumilikdə, sözügedən dövrdə Azərbaycan iqtisadiyyatına 29 milyard 303 milyon dollar birbaşa xarici investisiya cəlb olunub ki, bu məbləğin 88,3 faizi 10 ölkənin payına düşüb.

Ötən ilin göstəricilərinə gəldikdə isə, 2024-cü ildə Birləşmiş Krallıq ölkəmizə 1 milyard 748 milyon dollar investisiya yatırıb ki, bu da həmin ildə cəlb olunan bütün birbaşa xarici investisiyaların 24,8 faizini təşkil edib.

Ötən il 1 milyard 219 milyon dollar həcmində birbaşa investisiya ilə qardaş ölkə Türkiyə ikinci sırada yer alıb. 2024-cü ildə Türkiyənin Azərbaycan iqtisadiyyatına yönləndirdiyi birbaşa investisiyanın həcmi ümumi birbaşa xarici investisiya həcminin 17,3 faizini təşkil edib.

Macarıstan 2024-cü ildə Azərbaycan iqtisadiyyatına 1 milyard 18 milyon dollar birbaşa investisiya yönəltməklə üçüncü olub. Bu ölkədən respublikamıza yönləndirilən ən böyük birbaşa investisiya 2023-cü ildə 197,5 milyon dollar həcmində olub.

Keçən il Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyaların əsas hissəsi – 90,2 faizi son 5 ilin göstəricilərində qeydə alınan 10 ölkənin payına düşüb. Bu ölkələrin Azərbaycana yönləndirdiyi birbaşa investisiyanın həcmi 6,36 milyard dollar təşkil edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:249
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Aprel 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see491

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see443

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see342

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see292

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see283

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see279

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see274

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see267

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see250

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see241

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see235

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see224

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see212

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri