Çində havadan içməli su əldə etmək üçün texnologiya hazırlanıb
Icma.az, Oxumeni.az portalına istinadən məlumat verir.
Şanxay Tszyaotun Universitetinin mütəxəssisləri ətrafımızdakı atmosferdən birbaşa içməli su çıxarmağa imkan verən yeni bir texnologiya hazırlayıblar. Oxuməni.az-ın verdiyi xəbərə görə, bu barədə "China Daily" qəzeti məlumat verib.
Qəzetin məlumatına görə, suyu toplamaq üçün kondensasiya və udma metodlarından, eləcə də istilik nasosundan istifadə olunur. Layihənin yüksək temperatur və aşağı rütubət də daxil olmaqla müxtəlif iqlim şəraitinə uyğunlaşdırıldığı deyilir.
Xüsusilə, heç bir infrastruktur olmadan işləyə bilən avtonom günəş enerjisi ilə işləyən stansiya yaradılıb. Kiçik avtobus dayanacağı ilə müqayisə edilə bilən cihaz 15-40 dərəcə Selsi arasında dəyişən temperaturda və 35%-99%-ə qədər rütubətdə işləyir və gündə 50 litrə qədər içməli su istehsal edir. Bundan əlavə, ada otellərində və ya kiçik icmalarda istifadə üçün uyğun olan gündəlik istehsal gücü 1600 litrə qədər olan platforma dizayn edilib.
Bu ixtiranın planetin bəzi bölgələrində su çatışmazlığını aradan qaldıracağı gözlənilir. Layihə həmçinin qeyri-sabit su təchizatı olan ərazilər üçün də uyğundur.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 01 Dekabr 2025 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















