Çində havadan içməli su əldə etməyə imkan verən texnologiya hazırlandı
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Şanxay "Jiao Tong" Universitetinin mütəxəssisləri içməli suyun birbaşa atmosferdən əldə olunmasına imkan verən yeni texnologiya hazırlayıblar.
Moderator.az xəbər verir ki, bu barədə "China Daily" qəzeti məlumat yayıb.
Məlumata görə, suyun toplanması üçün kondensasiya və udma üsullarından, həmçinin istilik nasosundan istifadə olunur. Bildirilib ki, bu ixtira müxtəlif iqlim şəraitlərinə, o cümlədən yüksək temperatur və aşağı rütubətə uyğunlaşdırılıb.
Xüsusilə heç bir infrastruktura ehtiyac duymadan işləyə bilən Günəş enerjisi ilə çalışan avtonom stansiya yaradılıb. Kiçik bir avtobus dayanacağı ölçüsündə olan bu qurğu 15–40° temperaturda və 35%-dən 99%-ə qədər hava rütubətində fəaliyyət göstərərək gündə 50 litrədək içməli su istehsal edir.
Bu ixtiranın planetin bəzi bölgələrində su çatışmazlığı probleminin həllinə kömək edəcəyi gözlənilir. Həmçinin layihə su təchizatı qeyri-sabit olan ərazilər üçün də uyğundur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 01 Dekabr 2025 08:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















