Icma.az
close
up
RU
Çində istismardan çıxarılan 3 təyyarə satışa çıxarılıb

Çində istismardan çıxarılan 3 təyyarə satışa çıxarılıb

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Pekin, 7 sentyabr, AZƏRTAC

Çində istismardan çıxarılmış 4 sərnişin təyyarəsi 4 milyon yuan (təxminən 600 min ABŞ dolları) başlanğıc qiymətlə paket şəklində “Alibaba” onlayn ticarət platformasında hərraca çıxarılıb.

AZƏRTAC xəbər verir ki, Çin aviasiya şirkətlərinin vaxtilə istifadə etdiyi “Airbus” A321, A320, A319 və “Boeing 737-700” təyyarələri hazırda Çunçin şəhərindədir.

"Təyyarələrin 10 ildən çox yaşı var və bütün sənədləri var. Hərracın məqsədi onların təkrar istifadəsinə imkan yaratmaqdır. Satıldıqdan sonra təyyarələr müxtəlif mədəni və turizm məqsədləri, məsələn, yaradıcı kafe və restoranlar üçün uyğunlaşdırıla və ya aviasiya məktəbləri tərəfindən simulyasiya təlimi üçün istifadə edilə bilər", - deyə hərracı idarə edən şirkətin meneceri “Global Times” qəzetinə bildirib.

Sentyabrın 8-də başlayacaq hərrac bir sutka davam edəcək.

Qeyd edək ki, mülki təyyarələr uçuş saatlarına, uçuş və eniş dövrlərinə və ya xidmət illərinə görə istismardan çıxarılır. Nisbətən yaxşı vəziyyətdə olan sərnişin təyyarələri əsaslı təmirdən keçirilərək, yük təyyarəsinə çevrilir. Artıq uçuşa yararsız hesab edilənlər isə "təkrar emal səyahətinə" çıxır. Təyyarənin hissələrinin və materiallarının təxminən 90 faizi bərpa oluna və təkrar istifadə edilə bilər.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Sentyabr 2026 19:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see302

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see301

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see291

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see260

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see255

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see248

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see243

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see238

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see236

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see226

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see214

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see213

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see212

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see211

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see209

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see207

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see199

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see199

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see191

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri