Təyyarə mühərrikli avtomobil satışa çıxarılıb FOTO
Icma.az bildirir, Avtosfer portalına istinadən.
ABŞ-də 1960-cı ildə istehsal edilmiş “Flying Caduceus” avtomobili satışa çıxarılıb.
Avtosfer.az xəbər verir ki, bu, dünyada təyyarə mühərriki ilə təchiz edilmiş ilk idman avtomobilidir. Reaktiv mühərrikli avtomobilin start qiyməti təxminən 90 min dollardır.
Maşını Los-Ancelesdə yaşayan fizik layihələndirib. Onun məqsədi sürət rekordu əldə etmək olub. 7000 at gücündə qırıcı təyyarə mühərriki nəzəri olaraq avtomobilin 800 km/saat sürətlə getməsinə imkan verir. Lakin, praktikada maksimum nəticə 579 km/saat olub. Bu da həmin dövr üçün rekord idi.
Maşının ucuz satılmasına səbəb mühərrikin çıxarılıb muzeydə ayrıca sərgilənməsidir. Bolid özü də vaxtilə muzey eksponatı olub, sonra isə tanınmış kolleksiyaçıya satılıb.
Vüqar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 26 May 2026 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















