Çində məktəbin yaxınlığında avtomobilin insanları vurması nəticəsində bir neçə uşaq xəsarət alıb Doğru Xəbərlər
Icma.az, Dogru.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Noyabrın 19-da səhər saatlarında Çinin mərkəzi Çanqde şəhərində avtomobil ibtidai məktəbin qarşısında insanların üzərinə sürüb.
Bu barədə Çin Xalq Respublikasının Mərkəzi Televiziyası məlumat yayıb . Çoxlu məktəbli yaralanıb, onların dəqiq sayı göstərilmir. Bir neçə nəfər xəstəxanaya yerləşdirilib.
RİA Novosti-nin yerli KİV-ə istinadən verdiyi məlumata görə , sürücünü hadisə yerində şagirdlərin valideynləri və məktəbin təhlükəsizlik işçiləri saxlayıb. Kişinin motivləri məlum deyil.
Bundan əvvəl Çinin Çjuhay şəhərində yolsuzluq avtomobilinin izdihamı vurması nəticəsində 35 nəfər ölüb , 43 nəfər yaralanıb.
DOĞRU.AZ

Çində avtomobilin vurması nəticəsində 35 nəfər ölüb
12 Noyabr 2024 17:29
Çində avtomobilin piyadaları vurması nəticəsində 35 nəfər ölüb
12 Noyabr 2024 16:14
Çində insan metapnevmovirusu aşkarlanıb Doğru Xəbərlər
05 Yanvar 2025 12:22
İldırım vurması nəticəsində 5 uşaq xəsarət alıb
11 Aprel 2025 12:43
Çində qaban 76 yaşlı qadını öldürüb Doğru Xəbərlər
02 Dekabr 2024 10:38

