Icma.az
close
up
RU
Çində məktəblərdə, ictimai platformalarda gənclərin maarifləndirilməsinə önəm verilir MÜNASİBƏT BİLDİRİLDİ

Çində məktəblərdə, ictimai platformalarda gənclərin maarifləndirilməsinə önəm verilir MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

"Gənclərin Anti-Narkomaniya İctimai Birliyi (GANİB) gənclər arasında narkotik vasitələrin istifadəsinin qarşısının alınması məqsədilə beynəlxalq təcrübələrin öyrənilməsi və onların yerli səviyyədə tətbiqinə yönəlmiş yeni təşəbbüslərlə çıxış edir". Bu sözləri SİA-ya açıqlamasında Narkotiklər üzrə Vyana QHT Komitəsinin üzvü, “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin sədri Büllur Məmmədova deyib.

O bildirib ki, bu sahədə qabaqcıl təcrübəyə malik ölkələrdən biri olan Çin Xalq Respublikasının modeli Azərbaycanda tətbiq oluna biləcək praktik və effektiv yanaşmalar təqdim edir: "Çin modeli təkcə sərt qanunvericilik tədbirləri ilə deyil, həm də maarifləndirmə, reabilitasiya, texnologiyadan istifadə və sosial reinteqrasiya sahələrindəki sistemli yanaşması ilə seçilir. Çində məktəblərdə və ictimai platformalarda gənclərin maarifləndirilməsinə xüsusi önəm verilir, süni intellekt və rəqəmsal texnologiyalar vasitəsilə risk qrupları erkən mərhələdə müəyyənləşdirilir və onların cəmiyyətə uğurlu reinteqrasiyası üçün kompleks proqramlar həyata keçirilir.

Bu yanaşmalar Azərbaycanın sosial reallıqları nəzərə alınmaqla yerli kontekstə uyğunlaşdırıla bilər. Bu baxımdan aşağıdakı istiqamətlər prioritet hesab olunur:

* Məktəblərdə və ali təhsil müəssisələrində interaktiv maarifləndirmə kampaniyalarının təşkili;

* Reabilitasiya mərkəzləri ilə əməkdaşlığın gücləndirilməsi;

* Rəqəmsal platformalar vasitəsilə gənclərə psixoloji və informasiya dəstəyinin göstərilməsi;

* Risk qrupları ilə bağlı ictimai sorğular və məlumat bazaları əsasında hədəfli tədbirlərin planlaşdırılması.

GANİB yaxın aylarda Çin modelini daha dərindən öyrənmək məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində təcrübə mübadiləsi layihələrini reallaşdırmağı planlaşdırır. Eyni zamanda, təşkilat yerli tərəfdaşlarla birgə bu modelin Azərbaycanda tətbiqi imkanlarını müzakirə etmək üçün ictimai təqdimatlar və açıq dialoq formatında tədbirlər təşkil etməyi nəzərdə tutur".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 May 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see462

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see405

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see403

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see304

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see291

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see285

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see283

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see280

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see271

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see267

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see249

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see244

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see243

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see239

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see238

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see238

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see237

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see235

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see232

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see230
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri