Icma.az
close
up
RU
Hər kəs ictimai məsələlərə münasibət bildirməlidir MÜNASİBƏT BİLDİRİLDİ

Hər kəs ictimai məsələlərə münasibət bildirməlidir MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

"İnsan real həyatda necədirsə, yəni onun şəxsi aktivliyi, həyata baxışı, sosial məsələlərə münasibəti necədirsə, bu, sosial şəbəkələrdə də eyni şəkildə əks olunur. Hadisələrə münasibətini həmin xarakterinə uyğun bildirir". Bu sözləri SİA-ya açıqlamasında əməkdar jurnalist, sosioloq Mətanət Məmmədova deyib.

Onun sözlərinə görə, bəzi insanlar üçün sosial şəbəkələr real həyatdan daha aktivdir və bu da onların davranışlarına təsir göstərir: "Belə insanlar sosial şəbəkələrdə daha açıq, daha mükəmməl şəkildə fikir bildirə bilirlər. Məsələn, real həyatda bir hadisə ilə qarşılaşırıq və bunu paylaşmağa fürsət olmur, amma sosial şəbəkələrdə eyni mövzu müzakirə olunduqda bir çox insanla fikir mübadiləsi aparmaq imkanı yaranır. Bu, həm təqdir, həm də etiraz ola bilər.

Düşünürəm ki, insanın xarakteri bir dəfə formalaşır və həyat boyu onunla yaşayır. Xarakteri dəyişmək çətindir. Kimsə bəyənmədiyi xüsusiyyətini dəyişmək istəyə bilər, amma bir müddət sonra yenə əvvəlki halına qayıdır. Çünki bu, insanın təbiətindən gəlir. Belə olan halda, insan real həyatda necədisə, sosial şəbəkələrdə də o cür olacaq. İnsan var ki, həyatda susqundur, münasibət bildirmir, sosial mediada da passivdir. Bu da onun xarakterindən irəli gəlir. Amma bu, o demək deyil ki, insanlar hadisələrə münasibət bildirməməlidirlər. Əksinə, hər kəs – istər evdar qadın, istər işləyən, istər ziyalı, istər adi vətəndaş – gördüyü hadisəyə münasibət bildirməlidir. Bu, ictimai qınaq və ictimai təqdir mexanizmlərini işə salır. Bu cür münasibətlər cəmiyyətin inkişafına müsbət təsir göstərir. Pis hərəkətlərə qarşı ictimai etiraz, yaxşı hərəkətlərə qarşı isə ictimai dəstək vacibdir. Bu səbəbdən də düşünürəm ki, hər kəs dünya görüşündən və mövqeyindən asılı olmayaraq, ictimai məsələlərə münasibət bildirməlidir. Bunu etməyənlər də sosial müzakirələrdə iştirak etməklə nələrisə öyrənə bilər və gələcəkdə daha düzgün qərarlar verə bilər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:337
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 Sentyabr 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see330

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see329

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see324

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see321

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see305

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see297

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see293

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see280

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see278

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see271

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see252

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see251

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see249

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see235

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see227

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see227

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see223

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see218

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri