Icma.az
close
up
RU
Çində o qədər ağac əkdilər ki, su qıtlığı yarandı

Çində o qədər ağac əkdilər ki, su qıtlığı yarandı

Icma.az, Lent az saytına istinadən bildirir.

Çində onilliklərdir həyata keçirilən genişmiqyaslı yaşıllaşdırma proqramlarının bəzi bölgələrdə su ehtiyatlarının azalmasına səbəb olduğu müəyyən edilib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, alimlər 2001-2020-ci illərdə Çində bitki örtüyündə baş verən dəyişiklikləri araşdırıblar.

Nəticələr göstərib ki, meşələrin genişlənməsi yağıntının artmasına kömək etsə də, ağacların daha çox su buxarlandırması bir sıra ərazilərdə istifadəyə yararlı suyun miqdarını azaldıb.

1980-ci illərdən indiyədək Çində təxminən 78 milyard ağac əkilib. 2001-2020-ci illər ərzində ölkənin meşə sahəsi 226 min kvadratkilometr artıb. Eyni dövrdə otlaq sahələri 158 min, səhra və bitkisiz ərazilər isə 107 min kvadratkilometr azalıb.

Tədqiqatçılar müəyyən ediblər ki, bitki örtüyünün artması nəticəsində illik su buxarlanması orta hesabla 1,71 millimetr, yağıntı isə 1,24 millimetr yüksəlib. Buna görə də yağıntı ilə buxarlanma arasındakı fərq əsasında hesablanan mövcud su ehtiyatı ildə orta hesabla 0,46 millimetr azalıb.

Xüsusilə otlaq ərazilərin meşəyə çevrildiyi yerlərdə bu təsir daha güclü olub. Belə ərazilərdə hər il əlavə 8,44 milyard kubmetr su buxarlanıb, yağıntı isə 5,08 milyard kubmetr artıb. Nəticədə istifadəyə yararlı suyun həcmi 3,36 milyard kubmetr azalıb.

Alimlər qeyd edirlər ki, təsir bütün bölgələrdə eyni olmayıb. Atmosfer axınları ağacların havaya buraxdığı rütubəti başqa ərazilərə daşıyıb. Tibet yaylasında su əlçatanlığı artdığı halda, Çinin şimal-qərbində və şərq musson bölgəsində azalma qeydə alınıb.

Mütəxəssislərin fikrincə, yaşıllaşdırma proqramlarının uğuru yalnız əkilən ağacların sayı ilə ölçülməməlidir. Ağacəkmənin ekoloji faydaları ilə yanaşı, xüsusilə quraq bölgələrdə su ehtiyatlarına təsiri də nəzərə alınmalıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://lent.az
archiveBu xəbər 17 Avqust 2026 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see340

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see328

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see319

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see318

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see312

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see257

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see253

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see251

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see242

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see240

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see236

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see234

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see231

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see227

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see226

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see223

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see220

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see212

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see186

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri