Çində tayfundan qabaq ən yüksək təhlükə səviyyəsi elan edildi
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Çin Milli Rəsədxanası, ölkənin cənubuna yaxınlaşan "Matmo" tayfunu ilə əlaqədar qırmızı, ən yüksək təhlükə səviyyəsini elan edib.
Oxu.Az-ın TASS-a istinadən məlumatına görə, bu barədə qurumun bəyanatında bildirilir.
Tayfun Çinin cənub əyalətləri Haynan və Quanduna saatda 25-30 km sürətlə yaxınlaşır. 5 oktyabrda yerli vaxtla təxminən günorta tayfun saniyədə 42-48 metr sürətlə əsən küləklə bu regionların sahillərinə çatacaq.
Haynanda təbii fəlakət ilə əlaqədar olaraq, Haykou və Vençan şəhərlərində dərslər, işgüzar fəaliyyət, istehsalat, ictimai nəqliyyat və hava nəqliyyatının dayandırılması barədə elan edilib. Adada həmçinin dəmiryolu əlaqəsi də dayandırılacaq.
Haykou Meylan beynəlxalq hava limanının bütün reysləri ləğv edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 04 Oktyabr 2025 22:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















