Çində “Kajiki” qasırğasının təhlükə səviyyəsi aşağı endirilib
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 25 avqust, AZƏRTAC
Çinin Haynan əyalətinin meteoroloqları “Kajiki” tropik qasırğasının təhlükə səviyyəsini aşağı salıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə bölgənin meteorologiya idarəsi məlumat yayıb.
Bildirilib ki, təhlükə birinci (ən yüksək) xəbərdarlıq səviyyəsindən üçüncü səviyyəyə endirilib.
Qasırğa daha əvvəl məşhur turizm kurort şəhəri Sanyanın yerləşdiyi Haynan adasının cənub sahillərindən keçib. Hazırda qasırğa əyalətdən uzaqlaşaraq Vyetnamın şimalına doğru irəliləyir. Qasırğanın mərkəzinə yaxın ərazidə küləyin sürəti 40 m/s-dır.
Çində dörd səviyyəli qasırğa xəbərdarlığı sistemi mövcuddur.
Bu mövzuda digər xəbərlər:Çində evlilik böhranı: Tarixin ən aşağı səviyyəsi
05 Noyabr 2024 11:19
Çində tayfundan qabaq ən yüksək təhlükə səviyyəsi elan edildi
04 Oktyabr 2025 22:24
Vyetnamda Kajiki qasırğası nəticəsində ölənlərin sayı 7 yə çatıb
27 Avqust 2025 12:05
Geomaqnit qasırğasının səviyyəsi artıb
30 Sentyabr 2025 12:25
Çində mənzil qiymətləri sürətlə aşağı düşür
16 Noyabr 2025 23:04
Baxış sayı:66
Bu xəbər 25 Avqust 2025 07:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















