Icma.az
close
up
RU
Çində yaz festivalı ilə əlaqədar rekord sayda səyahət qeyd alınıb

Çində yaz festivalı ilə əlaqədar rekord sayda səyahət qeyd alınıb

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Şərq xalqlarının Ay təqvimi üzrə qeyd olunan Yeni il bayramı və ya Yaz festivalı ilə əlaqədar Çində ictimai və fərdi nəqliyyat vasitələri ilə 9,02 milyard sərnişin səyahəti qeydə alınıb. Bu, ölkə tarixində rekord göstəricidir. SİA Çinin Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, builki səyahətlərin sayı ötənilkindən 7,1 faiz çox olub. Səyahətlərin böyük hissəsi (8,39 milyard) avtobus və avtomobillər, 510 milyonu qatar, 90,2 milyonu hava nəqliyyatı ilə reallaşıb. Su nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 31 milyondan çox olub.

Yaz festivalı ilə əlaqədar səyahət mövsümü ay təqvimi ilə Yeni ilin ilk günündən (Miladi təqvimlə 29 yanvar) 15 gün əvvəl başlayıb və 40 gün davam edib. Bu dövrdə çinlilər ailə üzvlərini, doğmalarını, yaxınlarını, dostlarını görmək, habelə bayram tətilindən yararlanaraq turizm məqsədilə səfərlər edirlər. Elə buna görə də bütün növ ictimai nəqliyyata tələbat artır. Çində yaz festivalı dövründəki səyahət dünyada ölkədaxili ən böyük miqrasiya hesab olunur.

Festival iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə də turizm, ticarət, xidmətlər sektorlarında böyük canlanmaya səbəb olur. Elə ümumi səyahətlərin 500 milyonunun turizm məqsədli olması bunun bariz nümunəsidir. Bayram tətilində ölkənin turizm sektorunda dövriyyə 677 milyard yuana (təxminən 93,4 milyard ABŞ dolları) çatıb. Bu rəqəm pandemiyadan əvvəlki (2019-cu il) göstəricidən 31,7 faiz çoxdur. Bayram günlərində kinoteatrların kassa yığımı 2,76 milyard dollar təşkil edib. Bu göstərici ilə Çin kassa yığımına görə dünyada lider ölkəyə çevrilib.

Qeyd edək ki, Şərqi Asiya ölkələrinin ənənəvi Ay təqvimi ilə ilan ili yanvarın 29-da başlayıb. Bayram tətili rəsmən 8 gün olsa da, Çində xüsusən özəl sektorda tətil bir aya yaxın davam edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 Fevral 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see351

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see187

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see141

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see139

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see136

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see133

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see132

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see129

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see126

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see126

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see126

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see124

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see123

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see120

Biz çox böyük iş görmüşük İmişli nin baş məşqçisi

31 Avqust 2025 22:12see119

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see119

Flamingo nun təqdimatı ilk dəfə onlayn nümayiş olunub...

01 Sentyabr 2025 00:05see118

“Atletiko” “Mançester Siti”nin futbolçusunu istəyir

01 Sentyabr 2025 05:39see114

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see114

Azər Həşimov: Məğlub olsaq da...

31 Avqust 2025 20:24see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri