Icma.az
close
up
RU
Çində yaz festivalında 9 milyard səyahət proqnozlaşdırılır AZƏRTAC

Çində yaz festivalında 9 milyard səyahət proqnozlaşdırılır AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Pekin, 16 yanvar, AZƏRTAC

Şərq xalqlarının Ay təqvimi üzrə qeyd olunan Yeni il bayramı və ya Yaz festivalı dövründə Çində ictimai və fərdi nəqliyyat vasitələri ilə 9 milyard səyahətin reallaşacağı gözlənilir.

AZƏRTAC xəbər verir ki, yanvarın 14-də səyahət mövsümü başlayıb. Ənənəyə əsasən, Çində il ərzində ölkədaxili ən böyük səyahət dövrü Yeni ilə 15 gün qalmış başlayır. Bu dövrdə çinlilər ailə üzvlərini, doğmalarını, yaxınlarını, dostlarını görmək, habelə bayram tətilindən yararlanaraq turizm məqsədi ilə səfərlər edirlər. Elə buna görə də, bütün növ ictimai nəqliyyata tələbat artır. Səyahət dövrü fevralın 22-dək davam edəcək.

Proqnozlara əsasən səyahətlərin təxminən 80 faizi (7,2 milyard) avtomobillə, 510 milyonu qatarla, 90 milyon isə hava nəqliyyatı il reallaşacaq. Hər üç nəqliyyat növü üzrə gündəlik rekord qeydə alınacağı gözlənilir. Orta hesabla günə 14 min qatar, 18 min 500 təyyarə səfəri düşür ki, bu da ötənilki rəqəmlərdən müvafiq olaraq 4 və 8,4 faiz çoxdur.

Ölkədaxili səfərlərlə yanaşı xaricə səyahətlərdə də artım gözlənilir.

Yaz festivalı dövründəki səyahət dünyada ölkədaxili ən böyük miqrasiya hesab olunur. Builki yaz festivalı həm də Çin yeni ilinin UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilməsindən sonra ilk bayramdır.

Qeyd edək ki, Şərqi Asiya ölkələrinin ənənəvi Ay təqvimi ilə ilan ili yanvarın 29-da başlayacaq. Bayram tətili rəsmi olaraq 8 gün olsa da, Çində xüsusən özəl sektorda tətil bir aya yaxın davam edir. Ay təqvimi üzrə Yeni il Çin ilə yanaşı, Şərqi Asiyanın digər ölkələrində, o cümlədən Yaponiyada, Koreyada, Vyetnamda, Sinqapurda da böyük təmtəraqla qeyd olunur.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:266
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Yanvar 2025 07:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri