Icma.az
close
up
RU
Çindən gələn turistlərin sayını daha da artıra bilərik Ekspert

Çindən gələn turistlərin sayını daha da artıra bilərik Ekspert

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Çindən Azərbaycana turist axınının artması ölkəmiz üçün mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə atılan addımlar çərçivəsində Çin vətəndaşlarının Azərbaycana vizasız səfər imkanlarının genişləndirilməsi ilə yanaşı, birbaşa aviareyslərin sayı və tezliyi də artırılır. Bütün bu tədbirlər Çindən gələn turistlərin sayına müsbət təsir göstərməkdədir”.
Bunu turizm eksperti Ceyhun Aşurov Demokrat.az-a açıqlamasında deyib.
O əlavə edib ki, ötən ilin birinci rübü ilə müqayisədə Çindən Azərbaycana gələn turistlərin sayı 1,8 dəfə artıb:
“Bu artım tendensiyası göstərir ki, gələcəkdə say daha da çoxalacaq. Çin dünyada turizm xərcləri üzrə birinci yeri tutur. 2019-cu ilin yəni, COVİD-dən əvvəlki statistikaya görə, çinlilər turizmə 250 milyard dollardan çox vəsait xərcləyiblər. Çinli turistlər çoxlu səyahət edir, qrup halında gəzir və alış-veriş etməyi sevirlər. Bir çox ölkələr buna görə Çindən daha çox turist cəlb etmək istəyirlər. Azərbaycan da bu strategiyanı tətbiq etməklə Çindən gələn turistlərin sayını artıra bilər. Bunun üçün viza prosedurlarının sadələşdirilməsi, birbaşa uçuşların artırılması çox vacibdir”.
Ekspert əlavə edib ki, bu addımlar turistlərin sayına müsbət təsir göstərəcək:
“Son dövrlərdə Azərbaycan ilə Çin arasında həm siyasi, həm də iqtisadi sahədə əlaqələrin gücləndiyi müşahidə olunur. Keçən il Çin vətəndaşları üçün Azərbaycana vizaların asanlaşdırılması bu əməkdaşlığa əlavə təkan verdi və nəticədə iki ölkə arasında qarşılıqlı əlaqələr daha da intensivləşdi. Həmin ildən etibarən, xüsusilə Çinli turistlərin ölkəmizə səfərlərində nəzərəçarpacaq artım qeydə alındı. Bu il isə Çin vətəndaşları üçün viza rejiminin tamamilə aradan qaldırılması, şübhəsiz ki, iki ölkə arasında gediş-gəlişlərin sayına və ümumi əməkdaşlığa müsbət təsir göstərəcəkdir”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Aprel 2025 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see443

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see335

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see314

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see307

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see291

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see291

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see281

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see262

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see246

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see241

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see223

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see222

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see213

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see212

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see209

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see200

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see198

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see194

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see194

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri