Icma.az
close
up
RU
Çindən Orta Dəhlizlə Azərbaycan istiqamətində 300cü blokqatar yola salınıb

Çindən Orta Dəhlizlə Azərbaycan istiqamətində 300cü blokqatar yola salınıb

Icma.az, Operativmedia portalına istinadən məlumat verir.

"Azərbaycan Dəmir Yolları" QSC-dən "Operativ Media"ya verilən məlumata görə, Çinin Sian şəhərində yerləşən Qazaxıstan–Çin terminalından hərəkətə başlamış qatarın Qazaxıstan Respublikasının ərazisindən keçməklə 8-10 dekabr tarixlərində Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatacağı gözlənilir.

Blok-qatarın təşkili Orta Dəhliz üzrə əsas tərəfdaşlar olan “ADY Express” və “Xi'an Free Trade Port” şirkətinin əməkdaşlığı çərçivəsində həyata keçirilib.

Bu dəhliz üzrə 300-cü blok-qatarın Çin–Qazaxıstan–Azərbaycan marşrutu ilə yola salınması əvvəlki illərin göstəricilərini əhəmiyyətli dərəcədə üstələyir və TBNM-in sürətli inkişafını, həmçinin beynəlxalq daşımalar üçün artan əhəmiyyətini təsdiqləyir.

Hazırkı dövrə qədər TBNM vasitəsilə Çindən daşınan yüklərin həcmi 20 futluq konteyner ekvivalentində 27 min konteyneri keçib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25 dəfə çoxdur.

Analoji artım yükgöndərənlərin Çinlə Avropa arasında Qazaxıstan və Azərbaycan əraziləri vasitəsilə sürətli və səmərəli bağlantını təmin edən əsas nəqliyyat marşrutlarından biri kimi TBNM-ə artan marağını nümayiş etdirir.

Qeyd edək ki, 2025-ci il üçün Çindən Azərbaycan və Avropa istiqamətində göndərilən blok-qatarların sayının 3 dəfədən çox artırılaraq il ərzində 1000-ə çatdırılması planlaşdırılır.

Çindən Azərbaycana yük göndərişi ilə yanaşı, əks istiqamətdə də yükdaşımaya başlanılıb. Belə ki, noyabrın 24-də ilk dəfə olaraq ixrac yükləri Bakıdan dəmiryol nəqliyyatı ilə Çinə yola salınıb.

62 ədəd 40 futluq konteynerdən ibarət Bakı–Sian ilk ixrac blok-qatarı multimodal olaraq Qazaxıstan üzərindən Çinin ən böyük quru limanlarından biri olan Sian limanına çatdırılacaq. Layihə çərçivəsində ilkin olaraq bu ilin sonunadək ümumilikdə 15 min ton, yəni 600 konteyner ixrac yükünün qeyd olunan marşrutla Çinə göndərilməsi planlaşdırılır.

Çin–Azərbaycan və Azərbaycan–Çin istiqamətləri üzrə yükdaşımalar Orta Dəhlizin Şərq-Qərb-Şərq marşrutu kimi formalaşmasını sürətləndirməklə yanaşı, yük sahibləri üçün hər iki istiqamətdə sürətli, təhlükəsiz və səmərəli xidmətləri əlçatan edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 03 Dekabr 2024 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri