Icma.az
close
up
RU
Çindən Orta Dəhlizlə Azərbaycan istiqamətində 300cü blokqatar yola salınıb

Çindən Orta Dəhlizlə Azərbaycan istiqamətində 300cü blokqatar yola salınıb

Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM – Orta Dəhliz) ilə Çin Xalq Respublikasından Azərbaycan istiqamətində 300-cü konteyner blok-qatarı göndərilib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, Çinin Sian şəhərində yerləşən Qazaxıstan–Çin terminalından hərəkətə başlamış qatarın Qazaxıstan Respublikasının ərazisindən keçməklə 8-10 dekabr tarixlərində Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatacağı gözlənilir.

Blok-qatarın təşkili Orta Dəhliz üzrə əsas tərəfdaşlar olan “ADY Express” və “Xi’an Free Trade Port” şirkətinin əməkdaşlığı çərçivəsində həyata keçirilib.

Bu dəhliz üzrə 300-cü blok-qatarın Çin–Qazaxıstan–Azərbaycan marşrutu ilə yola salınması əvvəlki illərin göstəricilərini əhəmiyyətli dərəcədə üstələyir və TBNM-in sürətli inkişafını, həmçinin beynəlxalq daşımalar üçün artan əhəmiyyətini təsdiqləyir.

Hazırkı dövrə qədər TBNM vasitəsilə Çindən daşınan yüklərin həcmi 20 futluq konteyner ekvivalentində 27 min konteyneri keçib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25 dəfə çoxdur.

Analoji artım yükgöndərənlərin Çinlə Avropa arasında Qazaxıstan və Azərbaycan əraziləri vasitəsilə sürətli və səmərəli bağlantını təmin edən əsas nəqliyyat marşrutlarından biri kimi TBNM-ə artan marağını nümayiş etdirir.

Qeyd edək ki, 2025-ci il üçün Çindən Azərbaycan və Avropa istiqamətində göndərilən blok-qatarların sayının 3 dəfədən çox artırılaraq il ərzində 1000-ə çatdırılması planlaşdırılır.

Çindən Azərbaycana yük göndərişi ilə yanaşı, əks istiqamətdə də yükdaşımaya başlanılıb. Belə ki, noyabrın 24-də ilk dəfə olaraq ixrac yükləri Bakıdan dəmiryol nəqliyyatı ilə Çinə yola salınıb.

62 ədəd 40 futluq konteynerdən ibarət Bakı–Sian ilk ixrac blok-qatarı multimodal olaraq Qazaxıstan üzərindən Çinin ən böyük quru limanlarından biri olan Sian limanına çatdırılacaq. Layihə çərçivəsində ilkin olaraq bu ilin sonunadək ümumilikdə 15 min ton, yəni 600 konteyner ixrac yükünün qeyd olunan marşrutla Çinə göndərilməsi planlaşdırılır.

Çin–Azərbaycan və Azərbaycan–Çin istiqamətləri üzrə yükdaşımalar Orta Dəhlizin Şərq-Qərb-Şərq marşrutu kimi formalaşmasını sürətləndirməklə yana

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://azpost.info
archiveBu xəbər 03 Dekabr 2024 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see281

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see230

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see165

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see151

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see140

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see128

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see128

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see128

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see127

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see127

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri