Icma.az
close
up
RU
Çindən Orta Dəhlizlə Azərbaycan istiqamətində 300cü blokqatar yola salınıb AZƏRTAC

Çindən Orta Dəhlizlə Azərbaycan istiqamətində 300cü blokqatar yola salınıb AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 3 dekabr, AZƏRTAC

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM – Orta Dəhliz) ilə Çindən Azərbaycana 300-cü konteyner blok-qatarı göndərilib.

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən AZƏRTAC-a bildirilib ki, Çinin Sian şəhərində yerləşən Qazaxıstan–Çin terminalından hərəkətə başlamış qatarın Qazaxıstan ərazisindən keçməklə 8-10 dekabr tarixlərində Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatacağı gözlənilir.

Blok-qatarın təşkili Orta Dəhliz üzrə əsas tərəfdaşlar olan “ADY Express” və “Xi'an Free Trade Port” şirkətinin əməkdaşlığı çərçivəsində həyata keçirilib.

Bu dəhliz üzrə 300-cü blok-qatarın Çin–Qazaxıstan–Azərbaycan marşrutu ilə yola salınması əvvəlki illərin göstəricilərini əhəmiyyətli dərəcədə üstələyir və TBNM-in sürətli inkişafını, həmçinin beynəlxalq daşımalar üçün artan əhəmiyyətini təsdiqləyir. Hazırkı dövrə qədər TBNM vasitəsilə Çindən daşınan yüklərin həcmi 20 futluq konteyner ekvivalentində 27 min konteyneri keçib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25 dəfə çoxdur.

Analoji artım yükgöndərənlərin Çinlə Avropa arasında Qazaxıstan və Azərbaycan əraziləri vasitəsilə sürətli və səmərəli bağlantını təmin edən əsas nəqliyyat marşrutlarından biri kimi TBNM-ə artan marağını nümayiş etdirir.

Qeyd edək ki, 2025-ci il üçün Çindən Azərbaycan və Avropa istiqamətində göndərilən blok-qatarların sayının 3 dəfədən çox artırılaraq il ərzində 1000-ə çatdırılması planlaşdırılır. Çindən Azərbaycana yük göndərişi ilə yanaşı, əks istiqamətdə də yükdaşımaya başlanılıb. Belə ki, noyabrın 24-də ilk dəfə olaraq ixrac yükləri Bakıdan dəmiryol nəqliyyatı ilə Çinə yola salınıb. 62 ədəd 40 futluq konteynerdən ibarət Bakı–Sian ilk ixrac blok-qatarı multimodal olaraq Qazaxıstan üzərindən Çinin ən böyük quru limanlarından biri olan Sian limanına çatdırılacaq. Layihə çərçivəsində ilkin olaraq bu ilin sonunadək ümumilikdə 15 min ton, yəni 600 konteyner ixrac yükünün qeyd olunan marşrutla Çinə göndərilməsi planlaşdırılır.

Çin–Azərbaycan və Azərbaycan–Çin istiqamətləri üzrə yükdaşımalar Orta Dəhlizin Şərq-Qərb-Şərq marşrutu kimi formalaşmasını sürətləndirməklə yanaşı, yük sahibləri üçün hər iki istiqamətdə sürətli, təhlükəsiz və səmərəli xidmətləri əlçatan edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Dekabr 2024 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri