Icma.az
close
up
RU
Çindən Rusiyaya artilleriya və barıt tədarük olunur Zelenski

Çindən Rusiyaya artilleriya və barıt tədarük olunur Zelenski

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

“Çin Rusiyaya artilleriya və barıt tədarük edir, həmçinin bəzi silah növləri Rusiya ərazisində Çin tərəfindən istehsal olunur”.

Globalinfo.az xəbər verir ki, bu barədə Zelenski mətbuata açıqlamasında danışıb.

“Biz məlumat əldə etmişik ki, Çin Rusiyaya silah tədarük edir. Hazırda Təhlükəsizlik Xidməti və kəşfiyyat qurumlarından aldığımız ümumi məlumatlar var. Söhbət barıt və artilleriyadan gedir. Hesab edirəm ki, gələn həftə bu barədə daha ətraflı danışa biləcəyik”, – deyə Ukrayna lideri bildirib.

Bundan başqa, Zelenski ərazi mövzusuna da diqqət çəkib. Prezident qeyd edib ki, Ukrayna hazırda yalnız qeyd-şərtsiz atəşkəs məsələsini müzakirə edir, ərazi məsələlərinin gündəmə gətirilməsi isə mümkün deyil.

“Hazırda biz qeyd-şərtsiz atəşkəsi müzakirə edirik. Atəşkəsə qədər isə əraziləri müzakirə etmirik. Mənim mövqeyimi və qırmızı xətlərimizi bilirsiniz. Biz heç vaxt müvəqqəti işğal olunan ərazilərimizi Rusiya ərazisi kimi tanımayacağıq”, – deyə Zelenski vurğulayıb.

Müdafiə və daha çox insan həyatını xilas etmək yönündə kəşfiyyat məlumatlarının vacibliyini vurğulayan Zelenski ABŞ-ın bu istiqamətdə rolundan danışıb. Zelenski bildirib ki, ABŞ-ın kəşfiyyat məlumatları sayəsində Ukrayna Rusiya tərəfindən buraxılan ballistik raketlər barədə əhaliyə vaxtında xəbərdarlıq edə bilir.

“Əgər ABŞ-ın kəşfiyyat məlumatları olmasaydı, Krivoy Roq və Sumı kimi şəhərlərdə daha çox faciə baş verərdi. Məhz buna görə də bu məlumatların “dondurulması” bizi çox narahat etmişdi”, – deyə Ukrayna Prezidenti qeyd edib.

Aysel Əliyeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Aprel 2025 20:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri