Çindən Rusiyaya şok: Limanları bağladı...
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Çinin “Şandonq Port Qrup” liman operatoru ABŞ sanksiyaları altında olan Rusiyanın “kölgə donanmasının” tankerləri üçün limanlarını bağlayıb.
Axar.az xəbər verir ki, bu barədə neft treyderləri arasında öz mənbələrinə istinadən “Röyters” agentliyi məlumat yayıb.
“Şandonq Port Qrup” Çinin şərq sahillərində sanksiya tətbiq edilən neft üçün əsas idxal terminalları olan Qinqdao, Rizhao və Yantay daxil olmaqla, böyük limanlara nəzarət edir.
Xüsusilə, Şandonq əyaləti Rusiya, Venesuela və İrandan neft idxalının əsas marşrutudur. Ötən il əyalət Çinə idxal edilən bütün neftin təxminən 17%-ni təşkil edib.
Treyderlər deyirlər ki, qadağa Rusiya neftinin Şandonqdakı müstəqil neftayırma zavodlarına daşınması xərclərini artıracaq. Lakin bu qadağa yalnız ABŞ sanksiyalarına məruz qalan “kölgə donanması” tankerlərinə şamil ediləcək. Təəssüf ki, bu donanmanın əksəriyyəti indiyədək sanksiyalardan yayınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 08 Yanvar 2025 01:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















