Çinə səfər edəcək mediatorların növbəti qrupu ilə görüş keçirilib
Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında insan resurslarının inkişafı sahəsindəki əməkdaşlıq çərçivəsində Çin Xalq Respublikasında təşkil edilən növbəti seminarlarda Azərbaycan Respublikasının Mediasiya Şurasını daha 4 nəfər mediator təmsil edəcək.
Newscenter.az xəbər verir ki, Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov seminarda iştirak edəcək mediatorlarla görüşüb. Görüşdə bu seminarlara qatılacaq mediatorlarla təlimat qaydaları əsasında söhbət və müzakirə aparılıb, onlar bu mötəbər seminarlarda iştirakları münasibətilə təbrik edilib.
Daha öncəki qrup ilə qeyd edilən seminarlarda iştirakını tamamlayan Region Mediatorları Ağsaqqallar Şurasının sədri, Sabirabad 1 saylı Mediasiya Təşkilatının direktoru Musa Ramazanov isə səfərlə bağlı xoş təəssüratlarını və səfər təcrübəsini səfər edəcək mediatorlarla bölüşüb.
Çin Xalq Respublikasında təşkil ediləcək seminarlarda Mediasiya Şurasını mediatorlar - Nahid Atluxanov, Ramin İsayev, Pəri Əhmədova və Zərifə Mustafayeva təmsil edəcəkdir.
Süleyman
Baxış sayı:158
Bu xəbər 14 İyun 2026 09:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















