Icma.az
close
up
RU
Çinə səfər edəcək YAP nümayəndə heyəti ilə görüş keçirilib

Çinə səfər edəcək YAP nümayəndə heyəti ilə görüş keçirilib

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Sentyabrın 8-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında partiyanın 2025-ci il 9-17 sentyabr tarixlərində Çin Xalq Respublikasında (ÇXR) səfərdə olacaq nümayəndə heyəti ilə görüş keçirilib.

YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan-Çin münasibətlərinin möhkəm dostluğa, qarşılıqlı faydalı əməkdaşlığa və hərtərəfli strateji tərəfdaşlığa əsaslandığını vurğulayıb. İki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşdirilməsi üçün etibarlı zəminin mövcud olduğunu diqqətə çatdıran Tahir Budaqov Azərbaycan-Çin münasibətlərinin hər iki ölkənin milli maraqlarına və müasir qlobal çağırışlara cavab verdiyini qeyd edib: “Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyasının (ÇKP) Baş katibi Si Cinpin arasında keçirilən görüşlər, aparılan yüksəksəviyyəli dialoq iki ölkə arasında əməkdaşlığın inkişafına ciddi təkan verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin aprel ayında Çin Xalq Respublikasına dövlət səfəri və sentyabrın 1-də Tiencin şəhərində “ŞƏT plyus” formatında keçirilən görüş zamanı səsləndirdiyi fikirlər bir daha onu deməyə əsas verir ki, iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsi ölkələrimizin xarici siyasətinin mühüm istiqamətlərindəndir”.

YAP Mərkəzi Aparatının rəhbəri bildirib ki, Azərbaycan beynəlxalq miqyasda sülh, təhlükəsizlik və işbirliyinin təşviqi məqsədilə Çin tərəfindən irəli sürülmüş qlobal təşəbbüsləri dəstəkləyir. Azərbaycanın Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən olduğunu xatırladan Tahir Budaqov qeyd edib ki, Azərbaycan bu təşəbbüsün reallaşması istiqamətində praktiki layihələr icra edir: "Ölkələrimiz arasında əməkdaşlıq siyasi, iqtisadi-ticari, enerji və nəqliyyat-logistika sahələri ilə yanaşı, rəqəmsal iqtisadiyyatın, elm və texnologiyanın, təhsil və mədəniyyətin inkişafını da əhatə edir".

Tahir Budaqov qeyd edib ki, qarşılıqlı səfərlər ölkələr və siyasi partiyalar arasında münasibətlərin mövcud durumunun dəyərləndirilməsi və əməkdaşlıq dairəsinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Azərbaycan-Çin əlaqələrinin vacib tərkib hissəsi kimi YAP ilə ÇKP arasında münasibətlərin inkişafı xüsusi önəm daşıyır: "Bu əməkdaşlıq çərçivəsində partiyalar arasında fəal siyasi dialoq mövcuddur və qarşılıqlı təmaslar intensiv şəkildə davam etdirilir".

YAP nümayəndə heyətinin Çin Xalq Respublikasına səfər proqramının zəngin olduğunu diqqətə çatdıran Tahir Budaqov qeyd edib ki, bu səfər iki ölkənin hakim partiyaları arasında uğurlu əməkdaşlığın dərinləşdirilməsi, davamlı siyasi dialoqun təmin olunması, qarşılıqlı fikir və təcrübə mübadiləsinin aparılması baxımından xüsusi əhəmiyyət daşıyır: “2025-ci il 9-17 sentyabr tarixlərini əhatə edəcək səfər çoxşaxəli əməkdaşlığın tərkib hissəsi kimi mühüm əhəmiyyətə malikdir”.

Görüşdə iştirak edən Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey nümayəndə heyətini salamlayaraq bildirib ki, Çin–Azərbaycan münasibətləri ardıcıl olaraq inkişaf edir. O, xüsusilə bir neçə gün öncə keçirilmiş yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümünə həsr olunmuş paradda Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakının önəmini diqqətə çatdırıb. Səfirin sözlərinə görə, qlobal geosiyasi konyunktura hər iki ölkəyə əməkdaşlıq imkanlarını daha da genişləndirmək üçün əlverişli şərait yaradır: "Son illərdə Azərbaycanla Çin arasında əlaqələr bütün sahələr üzrə yüksələn xətt üzrə inkişaf edərək əməkdaşlığın dərinləşməsini şərtləndirib. Azərbaycanın tranzit-logistika imkanları, neft-qaz sektorundakı zəngin təcrübəsi və bərpaolunan enerji sahəsində böyük potensialı Çin tərəfinin xüsusi maraq dairəsindədir".

Səfir YAP nümayəndə heyətinin səfər zamanı Çində dövlət idarəetməsinin təkmilləşdirilməsi sahəsində yeniliklər və partiya quruculuğu təcrübəsi ilə ətraflı şəkildə tanış olmaq imkanının yaradılacağını da əlavə edib.

Səfərin uğurlu keçəcəyinə inamını ifadə edən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov nümayəndə heyətinə müvafiq tövsiyə və tapşırıqlarını verib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Sentyabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri