Çingiz Abdullayev: “Yazıçılar Birliyinə üzvlük üçün pul yığılır deyə utanıram…”
Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Azərbaycan Yazıçılar Birliyinə (AYB) illik üzvlük haqqı cəmi 15 manatdır. Başa düşürəm, kiminsə imkanı olmaya bilər. Bizdə şəhid ailələri, qazilər və müharibə iştirakçıları ümumiyyətlə pul vermirlər. Digər tərəfdən isə biz bu cəmiyyəti dolandırmalı, onlara kömək etməliyik. Kağız almalıyıq, xeyli xərclərimiz var”.
Bunu Demokrat.az-a açıqlamasında Xalq yazıçısı Çingiz Abdullayev bildirib.
O deyib ki, bu məbləğ ayda cəmi 1 manat edir:
“Bu, həmişə belə olub, son 20 ildə də eyni qayda tətbiq edilib. İndi də elan etmişik ki, üzvlük haqqı verilməlidir. Burada nə baş verdiyini başa düşmürəm. Kimin imkanı yoxdursa, gəlib desin, biz də köməklik edək. Amma bu məsələ mediada problemə çevrilib, şişirdilib. Yalandan yazılır ki, narazılıq var. Kim narazıdır?
Gəlsinlər, desinlər, nəyə görə narazıdırlar. Bu cür yanaşma düzgün deyil, məsələ sensasiyaya çevrilib. Onda gərək belə edim ki, kim mənə zəng edirsə, deyim sabahdan 50 qəpikdir. Mən utanıram. Mən utanıram ki, mənə zəng vurub soruşurlar ki, niyə pul yığılır. Biz pul yığmırıq, sadəcə vəsait toplayırıq ki, kitablar hazırlayaq, kağız alaq, tədbirlər keçirək”.
Xatırladaq ki, AYB qurumda təmsil olunan, lakin üzlük haqqını ödəməyən şair və yazıçıların adlı siyahısını tərtib edib. Həmin şəxslərə fevralın 1-dək vaxt verilib. Əgər onlar üzvlük haqqı borclarını ödəməsələr AYB-dən xaric ediləcəklər.
Quruma üzvlük haqqı illik 15 manatdır.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Bunu Demokrat.az-a açıqlamasında Xalq yazıçısı Çingiz Abdullayev bildirib.
O deyib ki, bu məbləğ ayda cəmi 1 manat edir:
“Bu, həmişə belə olub, son 20 ildə də eyni qayda tətbiq edilib. İndi də elan etmişik ki, üzvlük haqqı verilməlidir. Burada nə baş verdiyini başa düşmürəm. Kimin imkanı yoxdursa, gəlib desin, biz də köməklik edək. Amma bu məsələ mediada problemə çevrilib, şişirdilib. Yalandan yazılır ki, narazılıq var. Kim narazıdır?
Gəlsinlər, desinlər, nəyə görə narazıdırlar. Bu cür yanaşma düzgün deyil, məsələ sensasiyaya çevrilib. Onda gərək belə edim ki, kim mənə zəng edirsə, deyim sabahdan 50 qəpikdir. Mən utanıram. Mən utanıram ki, mənə zəng vurub soruşurlar ki, niyə pul yığılır. Biz pul yığmırıq, sadəcə vəsait toplayırıq ki, kitablar hazırlayaq, kağız alaq, tədbirlər keçirək”.
Xatırladaq ki, AYB qurumda təmsil olunan, lakin üzlük haqqını ödəməyən şair və yazıçıların adlı siyahısını tərtib edib. Həmin şəxslərə fevralın 1-dək vaxt verilib. Əgər onlar üzvlük haqqı borclarını ödəməsələr AYB-dən xaric ediləcəklər.
Quruma üzvlük haqqı illik 15 manatdır.
Leyla Turan
Demokrat.az
Bu mövzuda digər xəbərlər:Yazıçılar Birliyinə üzvlük dayandırıldı
14 Yanvar 2026 11:43
Üzvlük, yoxsa komandaya adam yığımı ... Meyxanaçılar Yazıçılar Birliyinə necə üzv olur?
09 İyul 2025 12:02
Azərbaycan Yazıçılar Birliyinə qəbul elanı
08 Yanvar 2025 20:42
525ci qəzet Azərbaycan Yazıçılar Birliyinə qəbul elanı
04 Dekabr 2024 10:25
Ermənistanın Avropa Birliyinə üzvlük vaxtı bilindi
11 Mart 2025 17:12
Baxış sayı:55
Bu xəbər 14 Yanvar 2026 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















