Icma.az
close
up
RU
Yazıçılar Birliyinə üzvlük dayandırıldı

Yazıçılar Birliyinə üzvlük dayandırıldı

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Hazırda üzvlüyə qəbul keçən ilin sonlarından dayandırılıb. Lakin əvvəlki tarixdə müraciət edənlərin sənədlərinə baxılır. İmtina edilənlər də var, qəbul olunanlar da. Qəbul komissiyası işləri 2027-ci ildə keçiriləcək AYB-nin qurultayına qədər dayandırılıb. Səbəb müraciət çoxluğudur".  

Bu sözləri Modern.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza bildirib.

O qeyd edib ki, üzvlük haqqını ödəməyənlər təlimata uyğun olaraq Birlikdən kənarlaşdırıla bilər, amma təşkilat hər zaman bu məsələdə həmişə humanist mövqe tutub:

“Hazırda Azərbaycan Yazıçılar Birliyinin 2500 nəfərdən çox üzvü var. Bir nəfər üzv üçün 15 manat illik üzvlük haqqı müəyyən edilib. Hər hansı dövr üçün üzvlük pulundan yığılan məbləğ haqda informasiya maliyyə şöbəsində olur. Bu barədə hesabat vermək mənim səlahiyyətimdə deyil. 1990-cı illərdən illik üzvlük haqqını ödəməyənlər var idi. Açıqlaya bilmirəm, lakin külli miqdarda pul idi. 2020-ci ilə qədər olan borcların hamısı silindi. 5 il ötüb, yenə ödəməyənlər var. 15 manatı verməyən, deməli, təşkilatın nizamnaməsinə hörmətlə yanaşmır. Ödəniş etməyənlərlə bağlı bu il, 1 fevralda qəti qərar veriləcək. O vaxta qədər möhlət verilib".

O, üzvlük haqqını ödəməyənlər arasında vəfat etmiş şəxslərin olması barədə iradlara da cavab verib.

"Siyahımızda olan yazıçı vəfat edərsə, “vəfat etmiş üzv” kimi daim qeydiyyatda qalır. O ki qaldı vəfat edən haqda bizim qeydlərimizə, onu mərhumun ailə üzvləri məlumat verməlidir. Biz haradan bilək, kim nə zaman vəfat etdi? Məsələn, Amin Avey 2020-ci ildə pandemiya dövründə Almaniyada vəfat edib. Onun adının siyahıda qalması texniki xəta ilə bağlı olub. Bu, mətbuatda başqa cür qələmə verilmişdi".

Sonda Xəyal Rza qeyd edib ki, Birliyə üzvlük haqqının məbləğində artım gözlənilmir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Yanvar 2026 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see526

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see304

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see295

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see294

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see286

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see267

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see264

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see251

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see248

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see238

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see234

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see233

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see233

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see231

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see230

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see226

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see219

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see218

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri