Icma.az
close
up
RU
Çingiz Əlioğlu kimdir? Bir gecədə 20 şeir yazan İlyas Əfəndiyevin bacısı oğlu

Çingiz Əlioğlu kimdir? Bir gecədə 20 şeir yazan İlyas Əfəndiyevin bacısı oğlu

Icma.az bildirir, Lent az portalına istinadən.

Şair Çingiz Əlioğlu avqustun 9-da səhər saatlarında vəfat edib.

Lent.az "Bioqrafiya" rubrikasında şair haqqında məlumatları təqdim edir. 

- Çingiz Əlioğlu kimdir?

Çingiz Əlioğlu  Azərbaycanın Əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair və tərcüməçidir. 

- O nə zaman və harada dünyaya gəlib?

Ç.Əlioğlu 1944-cü il iyunun 29-da Bakı şəhərində anadan olub.

- Əslən haralı idi?

- Atası Malıbəylidə, ana tərəfi isə Füzulidən idi.

- Onun təhsil həyatı necə keçib?

O, doğulduğu Füzuli şəhərində B. Sərdarov adına orta məktəbdə oxuyub. 1961-1965-ci illərdə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun istehsalat proseslərinin avtomatlaşdırılması və texnologiyası fakültəsində təhsil alıb. 

- Bədii yaradıcılığa nə zaman başlayıb?

Çingiz Əlioğlu bədii yaradıcılığa 1967-ci ildə  "Gənc qələmlər" toplusunda çıxan "Xatirələr" şeiri ilə başlayıb. 

- Şeir yazmağa necə qərar verib?

Tələbəlik illərdində otaq yoldaşı Vidadi Paşayev hər gün ona yazdığı şeirlərini oxuyurmuş. Çingiz Əlioğlu isə onun qəlbinə dəyməmək üçün hər dəfə şeirlərinin yaxşı olduğunu deyirmiş. Bir gün Vidadi Paşayevə onun şeirlərini bəyənmədiyini, pis yazdığıı söyləyir. Otaq yoldaşı isə şeir yazmağın asan olmadığını, Çingiz Əlioğlunun belə şeir yaza bilib-bilməyəcəyini soruşur. Həmin gecə Çingiz Əlioğlu 20 şeir yazır və bunlardan 3-ü Rəsul Rzanın təqdimatı ilə “Ulduz” jurnalında yayılır. 

- Yaradıcılığı başqa hansı sahələrdən ibarətdir?

1967-ci ildən fəal ədəbi yaradıcılıqla məşğul olub, dövri mətbuatda şeir, hekayə, ədəbi-bədii tərcümələr və publisistik məqalələrlə müntəzəm çıxış edib.

- Çingiz Əlioğlu əmək fəaliyyətinə nə zaman başlayıb?

O, "Gənclik" nəşriyyatında redaktor kimi əmək fəaliyyətinə başlayıb.

- O, haşqa hansı vəzifələrdə çalışıb?

"Gənclik" nəşriyyatında böyük redaktor (1977–1988), redaksiya müdiri (1988–1991), Azərbaycan Dövlət Nəşriyyatında baş redaktor (1991–1992), Azərbaycan Yazıçılar Birliyində Poeziya bölməsinin rəhbəri, Mədəniyyət və Turizm Nazirliyində Nəşriyyat sektorunun müdiri vəzifələrində çalışıb. 

- Çingiz Əlioğlu hansı beynəlxalq tədbirdlərdə çıxış edib?

Gənc şairlərin Ümumittifaq poeziya festivallarında (IV, V, VI) gənc yazıçıların yeddinci Ümumittifaq müşavirəsində və birinci Ümumittifaq toplanışında, Şuşenskoyedə keçirilən yazıçı və tənqidçilərin Ümmuittifaq nəzəri konfranslarında, Krasnoyarsk diyarında, İvanovo-Frankovsk vilayətlərində, Latviya SSR-də keçirilən Sovet ədəbiyyatı günlərində, bir neçə dəfə Moskvada keçirilən Azərbaycan şeiri günlərində, Riqada və Vilnüsdə keçirilən latış, Tilva tərcüməçilərinin beynəlxalq müşavirəsində iştirak edib.

- Hansı beynəlxalq cəmiyyətin üzvü olub?

Beynəlxalq "Kalevala" cəmiyyətinin üzvü idi.

- Əsərləri hansı dillərə tərcümə edilib?

Onun əsərləri keçmiş SSRİ və bir çox Avropa xalqlarının dillərinə tərcümə olunub. 

- Hansı kitabların müəllifidir?

“Gicgaha sıxılan güllə”, “Ruhumun həndəsəsi”, “Tanrını tanı”, “Sevib unutduqlarım”, “Qonşunun iti”, “Ömür ağacı” kimi kitabların müəllifidir.

- O, hansı şeirləri ilə tanınıb?

O, müxtəlif zamanlarda “Qarabağım – qara bağrım...”, Yaşayam gərək”, “Mənə sarı gələn gəlin”, “Dağlar”, “Dünya, məndən danış görüm”, “Mənim bu həyatla öz hesabım var”, “Yaxşı və pis”, “Musiqi”, “Başağrı”, “Ən böyük sevgim” kimi şeirləri yazıb.

- Şairin hansı kitabı Rusiyada mükafata layiq görülüb?

- Onun “Çərçivə” adlı kitabı Rusiyada 35 000 dollar mükafata layiq görülüb.

- O, sözügedən məbləğdən nə üçün istifadə edib?

Verilən mükafatı nəşriyyata bağışlayıb.

- Şair başqa hansı mükafatları qazanıb?

O, 1991-ci ildə "Əməkdar mədəniyyət işçisi", 2005-ci ildə "Əməkdar incəsənət xadimi" fəxri adlarına layiq görülüb. Şair həmçinin 2014-cü ildə Mədəbiyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif edilib. Əlavə olaraq, Ümumittifaq poeziya müsabiqəsinin üç qalibindən biri kimi "Yunost" jurnalının "Yaşıl yarpaq" mükafatına, Azərbaycan LKGİ MK-nın və Ukrayna KP İvanovo-Frankovsk vilayət komitəsinin fəxri fərmanlarına, Finlandiya Respublikası Maarif Nazirliyinin təqaüdçüsü (1990) adına layiq görülüb.

- Siyasi fəaliyyəti nədən ibarət idi?

Vətəndaş Həmrəliyi Partiyasının ilk qurucularından və partiyanın Ali Məclisinin (Ali Şurasının) ilk üzvlərindən biri olub.

- VHP -nin sədri, Xalq şairi Sabir Rüstəmxanlınya 60 illik dostunun ölüm xəbərini kim verib?

Şairin vəfat etdiyi günün axşamı Sabir Rüstəmxanlı onu yuxusunda sağlam, əvvəlki qədər gümrah və gənc şəkildə Milli Dram Teatrında Məmməd Arazın xatirə gecəsində çıxış edərkən görür. Çingiz Əlioğlu həzin bir mahnınını oxuduğu sırada Sabir Rüstəmxanlı yuxudan oyanır, bunu yaxınlarına danışır və nə isə olduğunu, narahat hiss etdiyini deyir. Günorta saat 3-də Seyran Səxavətin zəng vuraraq "Çingizi hardan götürəcəklər?", sualını verməsilə 60 illik dostunun dünyasını dəyişdiyini öyrənir.

- Onun filmoqrafiya sahəsində fəaliyyəti nədən ibarət idi?

 Şair “Gün keçdi” və Vaqif Mustafayevin “Yaramaz” filminə çəkilib.

- Hansı əsərləri Azərbaycan dilinə tərcümə edib?

Anna Axmatova və Marina Svetayeva kimi məşhur şairlərin əsərlərini Azərbaycan dilinə çevirib. Bundan başqa, fin xalqının məşhur “Kalevala” eposunun tərcüməsi ilə də məşğul olub.

- Ailə həyatı necə idi?

Çingiz Əlioğlu həyat yoldaşı Südabə xanımla “Gənclik” nəşriyyatında çalışarkən tanış olub. Eyni kollektivdə işləsələr də, uzun müddət bir-biriləri ilə ünsiyyət qurmayıblar. Onların yaxınlaşmasında bəxstəkar Xanım İsmayılqızının xüsusi rolu olub. Çingiz Əlioğlu ilə Südabə xanım ilk dəfə məhz onun evində təşkil olunan qonaqlıqda salamlaşıb və bundan sonra münasibətləri başlayıb. Evlənmək qərarına gəldikləri vaxt da Xanım İsmayılqızı elçilik məsələsində Çingiz Əlioğluna kömək edib. Onların Tahir və Orman adlı iki övladı var. 

- Şair hansı tanınmış şəxslərlə qohum idi?

Çingiz Əlioğlu tanınmış ədəbi nəslin nümayəndəsidir. Anası Məhluqə xanım Xalq yazıçısı İlyas Əfəndiyevin bacısı, Elçin və Timuçin Əfəndiyevlər isə şairin dayısı oğullarıdır.

- O, nə zaman dünyasını dəyişib?

Çingiz Əlioğlu 2026-cı il avqustun 9-da, 82 yaşında vəfat edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://lent.az
archiveBu xəbər 10 Avqust 2026 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri