Icma.az
close
up
RU
Çingiz Qənizadə: “Bu bəyanatların heç iki qəpiklik dəyəri yoxdur”

Çingiz Qənizadə: “Bu bəyanatların heç iki qəpiklik dəyəri yoxdur”

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Beynəlxalq insan haqları təşkilatları, o cümlədən “Freedom House”,  “Amnesty İnternational”, “Human Rights Watch” və bu kimi digər qurumlar artıq müstəqil və bitərəf təşkilatlar kimi fəaliyyət göstərmirlər. Onlar siyasiləşmiş strukturlara çevriliblər və müəyyən dövlətlərin siyasi hakimiyyətlərinə, eləcə də bu hakimiyyətlər tərəfindən yaradılan bəzi qurumlara tabe olurlar.Bu təşkilatların maliyyələşmə mənbəyi haradandırsa, sifarişlər də oradan gəlir. Təəssüf ki, onları maliyyələşdirən dövlətlər uzun illərdir Azərbaycana qarşı qərəzli mövqe sərgiləyiblər. Bu, təkcə 30 illik işğal dövründə deyil, həm də torpaqlarımızı işğaldan azad etdiyimiz və antiterror tədbirləri həyata keçirdiyimiz dövrlərdə də müşahidə olunub"
Demokrat.az xəbər verir ki, bu fikirləri açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.
Hüquq müdafiəçisi qeyd edib ki, həmin dövlətlər və təşkilatlar Azərbaycana qarşı yalnız qərəzli bəyanatlarla kifayətlənməyib, eyni zamanda bu məsələləri BMT Təhlükəsizlik Şurasının gündəliyinə salmağa da cəhd ediblər:

"Bu prosesin əsas təşəbbüskarlarından biri isə məhz Fransa olub və bu kampaniyanın təşkilində bilavasitə iştirak edib.Və ona görə də bu cür təşkilatların Azərbaycana qarşı mövqeyi birmənalı olaraq qərəzli hesab olunmalıdır. Çünki onların haqq və ədalətdən danışmağa nə mənəvi, nə də hüquqi haqları var. Şəhərlərimiz raketlərlə vurulanda, dinc insanlar yatdığı yerdə binalar başlarına uçanda, Gəncə, Bərdə, Goranboy, Tərtər kimi şəhərlərdə evlər dağılanda, mülki şəxslər məhv ediləndə, Arayık Arutunyan kimi şəxslər “Bəli, bu əmri mən vermişəm” deyən zaman səs çıxarmayanlar, indi həmin canilərin azadlığa buraxılması üçün əllərindən gələni edirlər, bəyanatlar verirlər, onları siyasi məhbus kimi təqdim etməyə və əsir kimi qiymətləndirməyə çalışırlar. Lakin onların törətdikləri cinayətlərin toplusuna baxanda görünür ki, onlar Azərbaycan qanunvericiliyinin təxminən 20-yə yaxın maddəsi üzrə cinayət törətmişlər.Həmçinin beynəlxalq hüquqla qadağan olunmuş cinayətlər törətmişlər. Bura müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər, milli və dini zəmində ayrı-seçkiliyin salınması, insanların deportasiya edilməsi və ən ağır cinayətlərin törədilməsi daxildir. Bu gün isə həmin şəxsləri azadlığa buraxmağa çalışırlar. Niyə? Çünki sifariş onlara belə verilib.Və qaldı ki Azərbaycanla bağlı, onlar Azərbaycandan köçüb getmiş ermənilərin geri qaytarılması məsələsini qaldırırlar. Amma bilməlidirlər və bilirlər ki, onları heç kim Azərbaycandan qovmayıb. Onların burada yaşamaq üçün nə mənəvi, nə də hüquqi haqları olub. Çünki oradan köçüb gedən insanlar separatizmə dəstək vermiş şəxslərin ailə üzvləri və yaxınlarıdır. Köçüb gedənlərin övladları, ərləri, qardaşları separatçı ordunun sıralarında 20-30 ildən artıq Azərbaycan xalqına qarşı terror törədiblər, xalqımıza qarşı silahdan istifadə ediblər, insanları kəndlərdən qovublar, kəndləri yandırıblar. Ona görə də gedənlər düşündülər ki, artıq onların xalqımızın arasında yaşamağa nə hüquqi, nə də mənəvi haqları yoxdur və könüllü şəkildə köçüb getdilər. Amma Azərbaycan dövləti elə o andan bəyan edir ki, biz mülki əhalinin getməsinin əleyhinəyik və onların qalıb yaşaya biləcəyini bildiririk. Amma o ermənilər ki, 1987-ci ildən bu ərazilərdə yaşayıblar, qalanlar da indi Azərbaycan vətəndaşlığını qəbul edib Azərbaycan qanunlarına tabe olacaqlarsa, burada qala bilərlər. Bunu da etmək istəməyənlər köçüb getdilər. Bir dövlətin ərazisində başqa bir dövlətin vətəndaşı kimi yaşamaq qeyri-mümkündür. Amma geri qayıtmaq niyyətləri varsa, buyursunlar gəlsinlər. Lakin eyni zamanda unutmasınlar ki, Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın geri dönüşü üçün də təhlükəsiz şərait yaradılmalı və zəmanət verilməlidir ki, onlar da geri dönüb yaşaya bilsinlər. Bu proses paralel şəkildə həyata keçirilməlidir. Gəlmək və burada yaşamaq istəyən ermənilər, Azərbaycan vətəndaşlığını qəbul etmək istəyənlər varsa, buyursunlar. Amma eyni zamanda Qərbi Azərbaycandan zorla qovulmuş soydaşlarımızın da geri dönüşü üçün şərait yaradılmalıdır.Qaldı ki, bu cür təşkilatlara, onların bəyanatlarına əhəmiyyət vermək lazım deyil. Çünki onlar, qeyd etdiyim kimi, Ermənistan və ermənilər bizim kəndlərimizi, şəhərlərimizi raket atəşinə tutanda, mülki insanları məhv edəndə həmişə susmağa üstünlük veriblər. İndi isə dilləri açılıb, Azərbaycana təzyiq göstərmək üçün ağıllarına gələn bəyanatları səsləndirirlər.Hesab edirəm ki, bu bəyanatların Azərbaycan üçün heç iki qəpiklik dəyəri yoxdur". (musavat.com)
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 Yanvar 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri