Icma.az
close
up
RU
Çingiz Qənizadə Şeyxi tənqid etdi: Nümunə göstərmir, belə olmaz SKANDAL

Çingiz Qənizadə Şeyxi tənqid etdi: Nümunə göstərmir, belə olmaz SKANDAL

Sitat.info saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ağdaşda artıq 1 ay əvvəl keçirilən yığıncaqdan sonra yas məclislərində ehsan verilməsi qadağan edilib.

Sitat.info-nun xəbərinə görə, bu barədə Demokrat.az-a danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib ki, çox böyük həvəslə rayon sakinləri və dəvət olunan qonaqlar bu tədbirdə iştirak ediblər:

“Tədbirdə rayonun bütün kəndlərini əhatə edən din xadimləri, bütün kəndlərimizin icra və bələdiyyə rəhbərləri, idarə və müəssisələrin rəhbərləri, eyni zamanda şəhid ailələri, "Qarabağ qaziləri" təşkilatının, YAP rayon təşkilatının rəhbərləri və din xadimləri iştirak etdi. Bakıda yaşayan həryerlilərimizi mən təmsil edirdim. Bu təşəbbür mənim tərəfimdən ortaya atılmışdı. İlk öncə rayondakı vəzifələri şəxslərlə əlaqə saxlayaraq belə bir tədbirin keçirilməsi istəyində olduğumu bildirdim, hər tərəfdən mənə dəstək gəldi. Daha sonra rayonun Əfəndisi Əli Əfəndi ilə söhbət etdik, o da artıq bu məsələyə yox deməyin vaxtı olduğunu bildirdi, bizə kömək etdi. Əli Əfəndiyə, Ağdaşda olan bütün din xadimlərinə təşəkkür edirəm ki, səsimizə səs verdilər.

Vəfat edən şəxsi dəfnə hazırlayarkən din xadimlərimiz yas sahiblərinə və qohumlara müraciət edir ki, artıq Ağdaşda ehsan verilməsi qadağan olunub. Ehsan deyəndə biz isti yeməkləri, şirin çörəkləri nəzərdə tuturuq. Qərara alındığı kimi, çay, xurma, limon və qənddən başqa masada heç bir şey ola bilməz. Artıq yas məclislərinə nəzarət edilir. İndiyə qədər iki halda bu qaydaları pozmağa cəhd olub. Ağdaşın kəndlərindən bir nəfərlə maarifləndirici söhbət aparıldı. Qayda pozuntusu ilə bağlı molla Əli Əfəndiyə məlumat verilmişdi. Əli Əfəndi bizim 6 rayonu birləşdirən din xadimlərin Əfəndisidir, Dövlət Komitəsi tərəfindən təyin edilmiş rəsmi şəxsdir. Digər halda isə Ağdaşda bir Ağdam qaçqını cəhd etmişdi ki, dana kəsib yas məclisində ehsan versin. Onunla da söhbət apardıq, xahiş etdik ki, üç mərasimindən sonra kəsərək paylaya bilər. O da razılaşdı”.

Çingiz Qənizadə bildirib ki, onun təklifindən sonra İmişlidə də eyni qadağa tətbiq edilib:

“Daha bir sevindirici xəbəri İmişlidən aldım. 10 il mən İmişli-Beyləqan dairəsinin deputatı olmuşam. Orada mənim üçün əziz bir şəxs, keçmiş Mədəniyyət şöbəsinin müdiri Hasil müəllim vəfat edəndə onun qardaşı Səxavət bəydən xahiş etdim ki, ehsan verməyin, siz ziyalısınız, ailə də çətinlik çəkəcək. O məclisdə İmişlinin din xadimlərinin rəhbəri Mirdamət Ağa da var idi, ona da dedim. Bir neçə gün öncə isə onunla bir də söhbət edərkən dedi ki, sizin fikirlərinizi başqa yerlərdə də misal çəkərək bildirdik ki, ehsan yığışdırılmalıdır. İmişlinin kəndlərinin əksəriyyətində artıq ehsan verilməsi yığışdırılıb.

Bir neçə gün öncə Milli QHT Forumunun "İsrafçılığa yox deyək" adlı tədbiri keçirilib. Bu cür tədbirləri yığışdırmalıyıq. Hesab edirəm ki, həm toy, həm yasların bu cür keçirilməsində maraqlı olan şəxslər var. Mərasim evi, şadlıq evi sahibləri maraqlıdır ki, süfrəyə daha çox nemət qoyulsun, daha çox pul alsınlar. İslamda belə şey yoxdur ki, vəfat edən şəxs üçün yüzlərlə insana yemək verilsin. Mən çox təəssüf edirəm ki, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə bu məsələdə öndə deyil, nümunə göstərmir. Çox istərdim ki, yüksək səviyyədə, dövlət səviyyəsində bu məsələyə reaksiya verilsin. İslama zidd olan bu cür hərəkətlərin qarşısı alınmalıdır. Bu israfçılıq ancaq və ancaq bəzi iş adamlarına, bəzi din xadimlərinə lazımdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://sitat.info
archiveBu xəbər 09 Sentyabr 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see279

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see260

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see211

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see203

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see181

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see175

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see150

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see149

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see144

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see143

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see142

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri