Icma.az
close
up
RU
“Ədliyyə Nazirliyi yanında İctimai şura ölkədəki digər şuralar üçün nümunə olacaq” Çingiz Qənizadə

“Ədliyyə Nazirliyi yanında İctimai şura ölkədəki digər şuralar üçün nümunə olacaq” Çingiz Qənizadə

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Müsahibimiz Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru, "Şöhrət" ordenli, eyni zamanda Ədliyyə Nazirliyi yanında İctimai şuranın sədri Çingiz Qənizadədir.
Demokrat.az həmin müsahibəni təqdim edir:
-Ədliyyə Nazirliyi yanında İctimai şuranın yaradılması hansı zərurətdən doğdu?
-Ədliyyə Nazirliyi aprel ayının əvvəllərində Ədliyyə Nazirliyi yanında İctimai şuraya üzvlüklə bağlı elan vermişdi və bir çox vətəndaş cəmiyyəti nümayəndələri Nazirlik tərəfindən qoyulan tələblərə, həm də “İctimai iştirakçılıq haqqında” Qanuna uyğun olaraq öz
namizədliklərini irəli sürmüşdü. Aprelin 21-də keçirilmiş seçkilərdə 7 nəfər Ədliyyə Nazirliyi yanında İctimai şuraya üzv seçildi. 28 apreldə isə İctimai şuranın üzvləri yeni tərkibdə ilk iclasını  keçirərək sədr, müavin və katib seçdilər. Hüquq elmləri doktoru Əmir Əliyev tərəfindən şuranın sədrliyinə mənim namizədliyim irəli sürüldü. Digər üzvlər də mənim namizədliyimi dəstəklədilər. Daha sonra Əmir Əliyev müavin, hüquq elmləri doktoru Mətanət Əsgərova isə katib seçildi. Məşhur hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənanyarlı və hüquq elmləri doktoru Xəyyam İsmayılov isə şura üzvləri kimi fəaliyyət göstərəcəklər.
İctimai şuranın yaranmasında zərurət ondan ibarət idi ki, əvvəlki tərkibin səlahiyyət müddəti artıq bir neçə müddət idi bitmişdi, Nazirlikdə İctimai şura yaradılmamışdı. Nəzərə alsaq ki, son illərdə Ədliyyə Nazirliyində islahatlar həyata keçirilir, nazirlik yeni yanaşma və hədəflərə  uyğun olaraq və İctimai şuranın mövcud olmasının zəruriliyini bilərək yeni İctimai şuranın formalaşdırılması üçün seçkilərin keçirilməsinə qərar vermişdi. Məhz bu istəkdən irəli gələrək və ictimai iştirakçılıq haqqında qanunvericiliyə uyğun olaraq seçki əsasında Ədliyyə Nazirliyi yanında yeni tərkibdə İctimai şura formalaşdı.
-İctimai şuranın yaranmasından sonra Ədliyyə Nazirliyinin rəhbərliyi ilə görüş baş tutubmu?
-28 apreldən İctimai Şura artıq rəsmi olaraq fəaliyyətə başladı. 5 mayda Ədliyyə naziri Fərid Əhmədov İctimai şuranın üzvləri ilə görüş keçirdi və bu görüş 2 saat 20 dəqiqə çəkdi. Görüşlə bağlı onu deyə bilərəm ki, Fərid Əhmədov Ali rəhbərlik tərəfindən Ədliyyə Nazirliyi qarşısında qoyulan vəzifələrlə bizi tanış etdi. Ədliyyə sahəsində həyata keçirilən islahatlardan, qarşıda duran hədəflərdən və icra edilən layihələrdən danışdı. Fərid Əhmədov İctimai şuraya böyük ümid bəslədiyini bildirməklə, ümumilikdə Ədliyyə Nazirliyində həyata keçirilən islahatlarda şuranın dəstəyinin olmasını arzu etdiyini bizə çatdırdı. Təbii ki, biz böyük məmnuniyyətlə bu istəklərə qoşulacağımızı qeyd etdik. Onu deyə bilərəm ki, biz əvvəllər də İctimai şuralarda olmuşuq, həmin icra orqanlarının rəhbərlərinin İctimai şura ilə görüşlərinin bəzən formal, bəzən yarımçıq olduğunu görmüşdük. Amma bu 2 saat 20 dəqiqəlik görüş o qədər səmimi, qarşılıqlı anlayış və fikir azadlığı, diskussiyalar çərçivəsində keçdi ki, müddətin necə keçdiyini heç birimiz hiss etmədik. 
-İctimai şuranın fəaliyyəti necə tənzimlənir?
İctimai şuranın fəaliyyətinin tənzimlənməsi artıq şuranın özünün işidir və buna uyğun olaraq şura üzvləri ilə keçirdiyimiz görüşlər zamanı təklif etdim ki, biz planlı fəaliyyət göstərək. Biz may ayının əvvəlindən iyunun axırlarına qədər bir fəaliyyət planı hazırladıq. Bu plana uyğun olaraq xeyli müddətdir monitorinqlər keçirilməyən istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, müalicə müəssisələrinə baş çəkmələr edilməsi, Nazirliyin strukturuna aid olan digər qurumlarda da görüş və tədbirlərin keçirilməsini planlaşdırmışıq. Bizim ilk tədbirimiz mayın 12-də başlayıb, Bakı istintaq təcridxanasında monitorinq keçirmişik. Həmin dövrdən bu günədək biz artıq 22 tədbirdə iştirak etmişik.
Cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında olarkən təqsirləndirilən şəxslərin, məhkumların saxlanma şəraiti, qidalanma şəraiti, tibbi təchizatı, ibadətlə bağlı məsələlər, görüş və telefon danışığı məsələləri ilə əlaqədar şəraitlə yaxından tanış oluruq. Məhkumlara təklif edirik ki, təkbətək görüşmək istəyən varsa, konfidensial formada onları qəbul edə bilərik. Təbii ki, belə müraciətlər də olur. Bu müraciətlər daha çox istintaq prosesi və məhkəmə ilə bağlı olur. Onlara izah edirik ki, bizim səlahiyyətimiz onların saxlanma şəraiti ilə bağlı monitorinqlərin aparılmasıdır. Onu da qeyd edim ki, son illərdə penitensiar sahədə çox böyük, müsbət işlər görülmüşdür və neqativ hallara qarşı barışmaz bir mövqe vardır. 
Eyni zamanda, biz Ədliyyə Nazirliyinin digər strukturlarının rəhbərləri ilə görüş keçirməyi planlaşdırırıq. Məqsəd ondan ibarətdir ki, bizə hər hansı şikayət və ərizələr gəldikdə, bu məsələlərin nə qədər qanuni olub-olmadığı, qanunidirsə, niyə ləngiməsi ilə bağlı müvafiq qurumun rəhbərlikləri ilə danışaraq, bu işin nəzarətdə saxlanılmasını təmin edək. İşimiz olduqca çoxdur. Əgər İctimai şuraya könüllü gəlmişiksə, bu çətinliklərə də tab gətirməliyik.
Qeyd etmək istəyirəm ki, İctimai Şuranın işində bütün üzvlər aktiv iştirak etməlidir. Bir neçə gün öncədən mən yaradılmış qrup vasitəsilə tədbirlərin və görüşlərin nə vaxt keçiriləcəyi ilə bağlı məlumat verirəm. Şura üzvləri öz fikrini bildirir və sonra görüşərək tədbirlərdə iştirak edirik.
İctimai Şuranın üzvləri həm penitensiar sahəyə aid olan cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanalarına, müalicə müəssisələrinə baxışlarda, həm də digər komissiyalarda iştirak edirlər. Qeyd edim ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətində işə qəbul üzrə Komissiyanın tərkibinə 1 nəfər İctimai Şuranın üzvü daxil edilib. Burada Şuranı mən təmsil edirəm. Eyni zamanda Ədliyyə Nazirliyində vaxtından əvvəl şərti azad etmə ilə bağlı komissiya da formalaşdırılıb. O komissiyanın tərkibində də İctimai şuraya bir yer verilib. Daha çox mən bu komissiyalarda təmsil olunuram, ayrı-ayrılıqda İctimai şuranın digər üzvləri də komissiyalarda iştirak edirlər. 
Hazırda cəzaçəkmə müəssisələrində sıxlıq müşahidə olunur və belə hesab edirik ki, növbəti amnistiya aktına qədər vaxtından əvvəl azad etmə hüququndan istifadə edilərək məhkumların şərti azadlığa buraxılması məqsədəuyğundur. Cəzaçəkmə müəssisələrində
məhkumların azadlığa çıxması dövlətin bu sahədə yükünü də azaldar. Çünki hazırda dövlət 1 məhkum üçün hər gün 22 manat vəsait xərcləyir. Əgər cəzaçəkmə müəssisələrində limitdən artıq məhkum varsa və bu müəyyən problemlər yaradırsa, bunun aradan qaldırılmasının yolu cəzaların təyin olunması sahəsində islahatların həyata keçirilməsindən ibarətdir.
Onu da qeyd edim ki, komissiya məhkumların şərti azadlığa çıxması ilə bağlı rəy verdikdən sonra bu siyahılar müvafiq rayonların məhkəmələrinə göndərilir. Amma məhkəmə orqanlarında müəyyən problemlərlə üzləşilir. Çünki ümumi statistikaya görə, məhkəmə təxminən bu məhkumların 30 faizindən də azını azadlığa buraxır. Burada bir məsələ var: uzun illər məhkumla bir yerdə olmuş, ona nəzarət etmiş, onun gündəlik yaşamını, özünü aparmasını görmüş cəzaçəkmə müəssisəsi tərəfindən müsbət rəylə şərti azadlığa çıxması üçün məhkəməyə göndərilən şəxslərin şərti azadlığa çıxması prosesi hakimin cəmi 5 dəqiqəlik danışığından sonra “yox” cavabı ilə tamamlanır. Bu, həm məhkumda ruh düşkünlüyü yaradır, həm digər məhkumların islah olmalarında problemlər yaradır. Ona görə düşünürəm ki, məhkəmə hakimiyyəti ilə Ədliyyə Nazirliyinin rəhbərliyi arasında bir görüş keçirilməli, bu məsələlərlə bağlı müzakirələr aparılmalıdır. Cəzaçəkmə müəssisələrindən müsbət rəylə gələn məhkumların vaxtından əvvəl azad olunması ilə bağlı müraciətlərə məhkəmələr tərəfindən mənfi cavab verilməsi əslində dövlətin bu sahədə yükünün artmasına gətirib çıxarır. Hesab edirəm ki, bu məsələ vaxtında həll olunmalıdır və qanunun imkan verdiyi şəxslərin azad olunmasına şərait yaradılmalıdır.
-Fəaliyyətiniz zamanı hansı çətinliklərlə qarşılaşırsınız?
-İctimai Şuranın üzvləri öz fəaliyyətləri zamanı hər hansı bir çətinliklə üzləşməyiblər. Bizə verilən, Nazirliyin rəhbərliyi tərəfindən imzalanmış vəsiqələr bizim Nazirliyin tabeliyindəki istənilən quruma girişimizə yaşıl işıq yandırır. Hər hansı bir icazə almadan istər cəzaçəkmə müəssisəsinə, istər nazirliyin tabeliyindəki digər idarələrində hər hansı görüşlə bağlı səfərimiz məhdudlaşdırılmır. Çünki bizə Nazirliyin rəhbərliyi tərəfindən belə bir səlahiyyət verilib. Biz də təbii ki, bundan sui-istifadə etmədən, müəyyən məsələlərin razılaşma yolu ilə həllinə nail oluruq. Hər hansı çətinliyimiz yoxdur və fəaliyyətimiz üçün hər cür şərait yaradılıb.
Onu da qeyd etmək istəyirəm ki, Ədliyyə Nazirliyi yanında İctimai şuranın üzvlərindən, mən də daxil olmaqla, dörd nəfər hüquq üzrə elmi dərəcəsi olan şəxslərdir. Üç nəfər isə 20 ildən artıqdır ki, insan hüquq və azadlıqları ilə məşğul olan şəxslərdir. Yəni burada peşəkarlar toplaşıb. Eyni zamanda, bu şuranın üzvləri digər hər hansı bir İctimai şurada təmsil olunmurlar. Çünki bizdə elə QHT nümayəndələri, ekspertlər var ki, 3–4 İctimai şurada üzvdürlər və faktiki olaraq normal fəaliyyət göstərə bilmirlər. Bizim İctimai şuranın üzvləri isə yalnız bir şurada fəaliyyət göstərirlər. Bu bizə imkan verir ki, daha operativ və ardıcıl olaraq işimizi quraq. İctimai şuranın iclasında biz belə ortaq məxrəcə gəlmişik – elə fəaliyyət göstərməliyik ki, Ədliyyə Nazirliyi yanında İctimai şura ölkədə digər İctimai şuralar üçün nümunə olsun. Əminəm ki, bu belə də olacaq.
Cavidan Mirzəzadə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 İyun 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see246

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see237

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see220

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see212

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see206

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see199

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see189

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see161

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see158

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see144

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see142

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see136

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see136

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see135

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see135

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see134

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see133

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see131

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri