Çingiz Qənizadə: “Uşaqlara bu adların qoyulmasına rədd cavabı verilə bilər”
Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Azərbaycanda daha çox digər ölkələrdə yayılmış adlara üstünlük verilir".
Bizim.Media xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Ədliyyə Nazirliyi yanında İctimai Şuranın sədri Çingiz Qənizadə deyib.
O, ölkədə yaşayan etnik azlıqların nümayəndələrinin öz kimliklərinə uyğun ad seçməsindən də danışıb:
“Adlar bizim kimliyimiz, milli və mənəvi dəyərlərimizin bir hissəsidir. Adların seçilməsi zamanı milli-mənəvi dəyərlərə uyğunluq nəzərə alınmalıdır. Eyni zamanda, Azərbaycanda yaşayan etnik azlıqların nümayəndələrinə də öz kimliklərinə uyğun adların verilməsi ilə bağlı tövsiyələr edilir və bu sahədə məhdudiyyətlər tətbiq olunmur”.
Çingiz Qənizadə bildirib ki, 2011-ci ildə Nazirlər Kabineti tərəfindən bu sahədə müəyyən qaydalar təsdiq edilib və müvafiq qərar qəbul olunub:
“Qaydalara əsasən, adların seçilməsi zamanı qeydiyyat orqanları ailələrə tövsiyələr verə bilər. Əgər valideynlərin seçdiyi ad uşağın mənafeyinə xələl gətirirsə, gülməli səslənirsə və ya cinsinə uyğun deyilsə, bu halda həmin ada rədd cavabı verilə bilər. Bununla yanaşı, valideynlərin belə qərarlardan şikayət etmək hüququ da mövcuddur”.
Nəzrin Mirzəyeva, İntiqam İbrahimov, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 13 Aprel 2026 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















