Icma.az
close
up
RU
Dövlət qulluğunda yeni era Çingiz Qənizadə yazır…

Dövlət qulluğunda yeni era Çingiz Qənizadə yazır…

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ölkəmizdə mütəmadi olaraq  həyata keçirilən  kompleks islahatlar  artıq bütün sahələri əhatə edib.  Bu islahatlar sayəsində  idarəetmə daha çevik, yığcam və məqsədyönlü olub. Son illər həyata keçirilən islahatlar Azərbaycanı dünya birliyində islahatçı ölkə kimi tanıdıb. İslahatlar, eyni zamanda,  davamlı və tarazlaşdırılmış iqtisadi inkişafı da təmin edib. Təbii ki, bunun əsas səbəblərindən biri də həyata keçirilən uğurlu islahatlardır.

Ölkəmiz dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulduğundan idarəetmədə struktur da müasir tələblərə cavab verməli, daim yenilənməli, daha çevik, daha yığcam, daha məqsədyönlü yeni idarəetmə strukturunun yaranması zərurəti meydana çıxır.

Struktur islahatlarının prioritetlərindən biri də dövlət idarəetməsinin iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırılmasıdır. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlar idarəetmə və iqtisadi inkişaf arasında qarşılıqlı əlaqə və bir-birini tamamlama kimi prinsipləri tənzimləyir. Prezident İlham Əliyevin  “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalaması idarəetmədə yeni islahatların növbəti mərhələsi kimi dəyərləndirilməlidir.  Xatırladım ki, Azərbaycan Respublikasında dövlət idarəçiliyinin hüquqi əsaslarını təşkil edən əsas sənədlərdən biri də “Dövlət Qulluğu haqqında” Qanundur. Bu qanun dövlət orqanlarında xidmət edən əməkdaşların hüquqi statusunu, vəzifə və öhdəliklərini, peşəkar fəaliyyət prinsiplərini və dövlətin kadr siyasətini müəyyən edən normativ hüquqi aktdır.
Ölkəmiz dünya birliyinə sürətlə inteqrasiyası baxımından qəbul olunan qanunlar beynəlxalq standartlara tam uyğunlaşdırılmalıdır. Azərbaycan Prezidentinin təsdiqlədiyi “Dövlət qulluğu haqqında” Qanuna dəyişikliklər də dünya təcrübəsinə uyğunlaşdırılıb. Bu, həm də  dövlət qulluğunda vahid, sabit və şəffaf əməkhaqqı sisteminə keçidi təmin edəcək. Bu, üsul artıq Qərb ölkələrində, Şərqi Avropada, Cənub-Şərqi Asiya ölkələrinin bir qismində, həmçinin qonşu Gürcüstanda tətbiq olunur və öz müsbət nəticəsini göstərir.  Bu baxımdan Azərbaycanda da belə bir islahatın aparılması vacib idi.

“Dövlət Qulluğu haqqında” Qanuna dəyişiklikdən 30 mindən artıq dövlət qulluqçusunun yararlanması nəzərdə tutulub. Otuz min nəfərin ailə üzvlərini də nəzərə alsaq, deməli, yüz mindən çox Azərbaycan vətəndaşının həyat tərzi  daha da yaxşılaşdırılacaq. Qanuna dəyişikliyə qədər dövlət qulluğunda çalışanlara səlahiyyətlərinə məxsus və təcrübəsinə görə əlavələr, mükafatlar verilirdi. Təbii ki,  bu əlavələrdən bütün dövlət qulluqçuları yararlana bilmirdilər. Çünki əvvəlki qanuna əsasən, yalnız təcrübəsi və səlahiyyətləri yüksək olan dövlət qulluqçuları maaşa əlavə ala bilirdilər. Artıq bu sistem daha da təkmilləşdirilir. Çünki qanuna edilmiş dəyişikliyə görə vahid və sabit əməkhaqqı sisteminə keçid  olacaq, mükafatlar vahid şəkildə maaşa birləşdirilir. Bu da gələcəkdə dövlət qulluqçularının pensiyaya çıxması zamanı pensiya artımına  müsbət təsir göstərəcək.

“Dövlət qulluğu haqqında” Qanuna edilən son dəyişikliklərin əsas mahiyyətindən biri də  dövlət qulluğuna qəbul prosesini daha çevik, şəffaf, həmçinin idarəetmədə müasir standartları tətbiq etməkdir. Bununla yanaşı, Dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi, vəzifədə irəliləyiş və rotasiya qaydalarında şəffaflığın artırılması nəzərdə tutulur. Qanuna dəyişikliyin əsas mahiyyətlərindən biri də Dövlət qulluqçularının əməkhaqqı sistemi, mükafatlandırılması və sosial təminatları ilə bağlı mexanizmlərin daha ədalətli formaya salınmasıdır.

Yeni model qanunu daha da təkmilləşdirib. Dəyişikliyə əsasən, aylıq əmək haqqı vəzifə maaşı (baza), ixtisas dərəcəsinə görə əlavə, əmək şəraitinə görə əlavələr və artıq iş saatları  üçün haqdan ibarətdir. Diqqət çəkən əsas məqamlardan biri də əməkhaqqının vəzifə  maaşında ümumi payı artıq cəmi 35-45 faiz deyil, orta hesabla 95 faizdən yuxarı təşkil edəcək. Bu isə əməkhaqqının  baza hissəsinin kəskin güclənməsi deməkdir.

Dövlət qulluqçularının vahid və sabit əməkhaqqı sisteminə keçidi korrupsiya və rüşvətxorluğun qarşısının alınmasında da müsbət rol oynayacaq.  Bu hal beynəlxalq təcrübədə də sınaqdan keçirilib və belə qənaətə gəlinib ki, dövlət qulluqçularının əməkhaqqı sabit və artım yüksək olduqca korrupsiya göstəriciləri aşağı düşür. Çünki səlahiyyətli vəzifə daşıyıcılarının aldıqları  əməkhaqqının ailəsinin dolanışığına kifayət etdiyi halda, onlar  risk edib korrupsiya hüquqpozmalarına yol verməyəcəklər.
“Dövlət qulluğu haqqında” Qanuna dəyişiklikləri  hazırda dövlət idarəetmə sistemində həyata keçirilən islahatların növbəti mərhələsi kimi dəyərləndirirəm. Son dəyişiklik dövlətin idarəetmə sisteminin asanlaşmasına da müsbət təsir göstərəcək, sistemi daha sadə və şəffaf  edəcək, subyektiv qərarların təsirini azaldacaq.

Çingiz Qənizadə,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 20 Mart 2026 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see484

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see372

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see326

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see307

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see293

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see270

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see261

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see251

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see241

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see235

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see231

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see227

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see222

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see215

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see213

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see203

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see200

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see186

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri