Çinin Apple və “App Store” ödənişləri ilə bağlı istintaqa hazırlaşır
Icma.az bildirir, Teleqraf.com portalına istinadən.
Çinin antiinhisar tənzimləyicisi "Apple" və “App Store” ödənişləri ilə bağlı istintaqa hazırlaşır.
Teleqraf.com xəbər verir ki, “Bloomberg” bu barədə məsələ ilə bağlı məlumatlı şəxslərə istinadən məlumat yayıb.
Məlumata görə, ölkənin Bazarın Tənzimlənməsi üzrə Dövlət Administrasiyası “Apple”nin siyasətini, o cümlədən tətbiqdaxili alışlarda 30%-ə qədər komissiya tətbiqini, xarici ödəniş xidmətlərinə və tətbiq mağazalarına qoyulan məhdudiyyətləri nəzərdən keçirir.
Məlumatda həmçinin qeyd olunub ki, Çin tənzimləyici qurumları ötən ildən bəri “Apple”ın rəhbərləri və tətbiq tərtibatçıları ilə danışıqlar aparır.
Məlumatlı şəxslər qeyd edib ki, Çin tənzimləyiciləri "Apple"ın yerli tərtibatçılardan yüksək ödənişlər alır. Yerli istehlakçılara zərər vururlar. Əgər "Apple" dəyişiklik etməyə müqavimət göstərərsə, hökumət rəsmi istintaqa başlaya bilər.
Bu barədə xəbərlərdən sonra "Apple"ın səhmləri ABŞ-nin ilkin bazar ticarətində 2,6% ucuzlaşıb.
Bundan əlavə, Çinin Ticarət Nazirliyi “Calvin Klein” və “Tommy Hilfiger” brendlərinin sahibi olan “PVH Corp” holdinqi və ABŞ-ın biotexnologiya şirkəti “Illumina”nı "etibarsız qurumlar" siyahısına daxil etdiyini açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 05 Fevral 2025 18:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















