Apple AK nın şərhlərindən sonra App Store un qaydalarına dəyişiklik edir
Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Amerikanın "Apple" şirkəti Avropa Komissiyasının (AK) bəzi qaydalarının Rəqəmsal Bazarlar Qanununa uyğun gəlməməsi ilə bağlı şərhlərindən sonra Avropa İttifaqındakı tətbiq tərtibatçıları üçün şərtlərini dəyişdirməyə razılıq verib.
"Report"un Avropa bürosunun AK-yə istinadən məlumatına görə, "Apple" tətbiqlərini "App Store", digər mağazalar və ya birbaşa onlayn yaymaq istəyən tərtibatçılar üçün vahid şərtlər və qaydalar tətbiq edəcək.
Bundan əlavə, şirkətlər daha çox azadlıq və "App Store" istifadəçilərini alternativ mağazalara və ödəniş sistemlərinə yönləndirmək imkanı qazanacaqlar. "Apple"ın daxili ödəniş sistemi də əlçatan olaraq qalacaq.
"Apple" həmçinin "App Store"un komissiyalarını əhəmiyyətli dərəcədə azaldacaq və əvvəllər bəzi tərtibatçılardan yığılan "Core Technology Fee" tutulan haqlarını ləğv edəcək. Öz tətbiq mağazalarını yaratmaq və ya tətbiqləri birbaşa onlayn yaymaq hüququna malik şirkətlərin əhatə dairəsi də genişləndiriləcək.
"Apple" yeni şərtləri 2026-cı ilin oktyabrına qədər Aİ-də tətbiq etməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 19 Avqust 2026 06:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















