Icma.az
close
up
RU
Çinin Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatıb

Çinin Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatıb

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 2 sentyabr, AZƏRTAC

Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri çərçivəsində bir sıra görüş və tədbirlər keçirilib, ölkəmizin dövlət idarəçiliyi, tarixi və mədəni irsi ilə yaxından tanışlıq məqsədilə müxtəlif məkanlara səfərlər təşkil olunub.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, səfər proqramına uyğun olaraq nümayəndə heyəti əvvəlcə Heydər Əliyev Mərkəzini ziyarət edib. Qonaqlar burada ölkəmizin müasir inkişafının simvollarından biri olan Mərkəzin fəaliyyəti, dünyaşöhrətli siyasətçi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin dövlətçilik irsini, həyat və çoxşaxəli fəaliyyətini əks etdirən eksponatlarla, habelə ölkəmizin sosial-iqtisadi və mədəni həyatında baş verən mühüm yenilikləri əks etdirən layihə və ekspozisiyalarla tanış olublar.

Sonra nümayəndə heyəti 7 saylı “ASAN xidmət” mərkəzini ziyarət edib. Burada qonaqlar “ASAN xidmət” mərkəzlərində yaradılmış müasir iş şəraiti, dövlət xidmətlərinin göstərilməsi üzrə tətbiq olunan innovativ və rəqəmsal həllər, eləcə də vətəndaş məmnunluğuna əsaslanan xidmət modeli ilə yaxından tanış olublar.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev nümayəndə heyətinə Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti, onların idarəetmə modeli, dövlət xidmətlərinin göstərilməsi sahəsində tətbiq olunan müasir və innovativ yanaşmalar barədə ətraflı məlumat verib.

Nümayəndə heyəti səfər müddətində Bakı şəhərinin tarixi məkanlarını da ziyarət edib, paytaxtın zəngin tarixi-mədəni irsi ilə yaxından tanış olub.

Həmçinin nümayəndə heyəti Qobustan Milli Tarix-Bədii Qoruğunu ziyarət edib, burada qorunub saxlanılan qədim qayaüstü təsvirləri və tarixi-mədəni irs nümunələri ilə tanış olub, Qobustan ərazisindəki palçıq vulkanlarına baxış keçirib.

Səfər çərçivəsində qonaqlar Azərbaycan Dövlət Akademik Musiqili Teatrında təşkil olunan konsert proqramını izləyiblər.

Səfər zamanı nümayəndə heyətinə Azərbaycanın qədim tarixi, zəngin mədəni irsi, müasir inkişafı və dövlət xidmətlərinin təşkili sahəsində həyata keçirilən innovativ layihələr barədə məlumat verilib.

Bununla da Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri başa çatıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Sentyabr 2026 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri