Icma.az
close
up
RU
Çinin əl ayısı... Kremldən Trampın təhqirinə cılız reaksiya

Çinin əl ayısı... Kremldən Trampın təhqirinə cılız reaksiya

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


“Donald Trampın Rusiyanı “kağız pələng” adlandırması özünü dünya gücü sayan Rusiya dövlətinin kimliyini, qürurunu ən yüksək səviyyədə təhqiri idi”.

Bakupost.az xəbər verir ki, bunu siyasi şərhçi Xəqani Cəfərli bildirib.

Onun sözlərinə görə, bu təhqirə görə Ukraynada ağır hərbi-siyasi uğursuzluğadan tamamilə gücdən düşmüş Rusiya ABŞ-yə və xüsusilə Donald Trampa sərt cavab verə bilmir.

“Ancaq cəmiyyətinin bunu hakimiyyətin zəifliyi kimi qəbul edəcəyindən də qorxur. Ona görə də, Moskva özünəməxsus reaksiya verərək, “söz oynu” ilə ABŞ prezidentinin fikirlərini “zərərsizləşdirməyə” çalışıb.

Putinin köməkçisi və mətbuat katibi Dmitri Peskov Donald Trampın Rusiyanı “kağız pələng”lə müqayisə etməsini şərh edərkən deyib ki, Rusiya pələnglə deyil, ayı ilə assosiya olunur. “Kağız ayı isə olmur””.

X.Cəfərli vurğulayıb ki, əslində “kağız pələng” Çin dilində işlədilən və ilk baxışda güclü, təhlükəli görünən, lakin heç bir qüvvəyə malik olmayan şeylər barədə danışarkən işlədilən bir metaforadır:

“Bu mənada bir ölkənin simvolunun pələng və ya ayı olmasından asılı olmayaraq o dövlət göründüyündən zəifdirsə, onu təsvir etmək üçün “kağız pələng” ifadəsindən obrazlı şəkildə istifadə etmək olar. İsrailin İrana qarşı 13 günlük hücumu zamanı, Ukraynanın Rusiyada həyata keçirdiyi möhtəşəm “Hörümçək toru” əməliyyatından sonra İran və Rusiyanın vəziyyətini ifadə etmək üçün əcnəbi ekspertlərin “kağız pələng” ifadəsindən istifadə etdiyini dəfələrlə müşahidə etmişəm. Bu mənada Peskovun təkzibi söz oynundan başqa bir şey deyil.Kağız ayı olmadığını bəyan edən Peskov əl ayısı olduğunu inkar edə bilməz. Rusiya hazırda Çinin əl ayısına çevrilib”.

Siyasi şərhçi qeyd edib ki, Rusiyanın Çinin əl ayısı olduğunu təsdiq edən məlumatı isə Rusiya Nəqliyyat Nazirliyi yayıb:

“Nazirliyin məlumatına görə, sentyabrın 23-də Çinin yük gəmisi Aşağı Amur daxili su yolları ilə ilk səyahətinə başlayıb. Gəmi artıq Amurdakı dövlət sərhəd-keçid məntəqəsini keçib və Xabarovsk limanına doğru yol alıb. Nazirlik bunu “Şimal-Şərqi Çin - Rusiyanın Uzaq Şərqi” birgə intermodal nəqliyyat dəhlizinin inkişafı adlandırır, ancaq aydın görünür Çin Rusiyanın daxili su yollarından dədə malı kimi istifadə etməyə başlayıb. Ekspertlər qeyd edirlər ki, Pekin əvvəllər dəfələrlə Moskvadan icazə istəsə də, Rusiya həmişə Çinin bu istəyini rədd edirdi. İndi isə məsələ Çinin xeyrinə, Pekinin istədiyi kimi həll olunub.

Başqa cür də ola bilməz. Axı Rusiya Çinin əl ayısıdır”.

Lalə, Bakupost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 25 Sentyabr 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see186

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see176

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see154

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see144

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see139

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see133

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see133

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri