“Hörmüz əvvəlki statusunu itirib”
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib ki, Hörmüz boğazının 2026-cı il fevralın 28-dək mövcud olmuş statusunun bərpası artıq mümkün deyil.
Bu barədə “The National” qəzeti İran dövlət televiziyasına istinadla məlumat yayıb. Nəşrin yazdığına görə, Qəribabadi bildirib ki, Hörmüz boğazı heç vaxt müharibədən əvvəlki vəziyyətinə qayıtmayacaq: “Əgər Hörmüz boğazı əvvəlki vəziyyətinə qayıtsa, bu, müharibədə əldə etdiyimiz uğurun tam olmadığını göstərəcək”. Nazir müavini qeyd edib ki, İran hakimiyyəti gəmilərin Hörmüz boğazından keçidi üçün Omanla müvəqqəti marşrutların yaradılmasını müzakirə etməyi planlaşdırır. Onun sözlərinə görə, Oman Hörmüz boğazı üzərində nəzarətin 50/50 prinsipi əsasında bölüşdürülməsini təklif edib. Tehran bu təklifin ölkənin milli maraqları təmin etmədiyi qənaətinə gəlib.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 30 İyul 2026 09:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















