Çinin mühəndislik möcüzəsi hazırdır: Çayın altı ilə şütüyəcək VİDEO
Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Çində Yantszı çayının altından keçən və uzunluğu 14 kilometrdən çox olan yüksəksürətli dəmir yolu tunelinin sualtı hissəsinin tikintisi yekunlaşıb.
Ölkə.Az-ın məlumatına görə, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) xəbər verir.
Yeni tunel Şanxaydakı Çunmin adasını Tszyansu əyalətindəki Taytsan şəhəri ilə birləşdirəcək. Bu infrastruktur ölkənin şərq bölgələrini mərkəzi hissə (o cümlədən Çendu şəhəri) ilə əlaqələndirən təxminən 2 min kilometrlik nəhəng yüksəksürətli xəttin bir hissəsi olacaq. Layihəyə yatırılan investisiyaların ümumi həcmi artıq 500 milyard yuanı (72 milyard dollardan çox) ötüb.
Xəttin ilin sonuna qədər tam istifadəyə verilməsi gözlənilir. Qatarlar saatda 350 km sürətlə hərəkət edə biləcək ki, bu da Çinin ən böyük şəhərləri arasındakı məsafəni əhəmiyyətli dərəcədə qısaldacaq.
Qeyd edək ki, Çin nəqliyyat infrastrukturunu, xüsusən də tunel tikintisi hesabına sürətlə genişləndirir. Bundan əvvəl ölkədə uzunluğu 22 kilometrdən çox olan və dünyanın ən uzun sürətli avtomobil yolu tuneli sayılan “Tyanşan Şenli” istifadəyə verilmişdi.
Baxış sayı:161
Bu xəbər 05 Aprel 2026 00:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















