Icma.az
close
up
RU
Çinin nəhəng bankı ilə birgə bəyannamə imzalanıb

Çinin nəhəng bankı ilə birgə bəyannamə imzalanıb

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Prezident İlham Əliyevin Çin Xalq Respublikasına səfəri Azərbaycan və Çin arasında iqtisadi, maliyyə, investisiya sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi və yeni perspektiv planların sürətli icrası üçün əlavə stimulların yaradılması baxımından da mühüm əhəmiyyət kəsb etməkdədir. Səfər zamanı Çinin nəhəng texnologiya və investisiya şirkətlərinin rəhbərləri ilə keçirilən görüşlər və aparılan səmərli müzakirələr biznes layihələrinin həyata keçirilməsi və sərmayələrin cəlbi üçün yeni fürsətlər kimi dəyərləndirilə bilər. Həmin görüşlərdən biri Tiencin şəhərində Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) prezidenti Cin Liqun ilə baş tutub və Azərbaycanla bu maliyyə institutu arasında əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilib.

Pekində müəyyənləşən yeni sərmayə planları

Azərbaycan hökuməti ilə Asiya İnfrastruktur İnvestisiya Bankı arasında imzalanmış tərəfdaşlığın genişləndirilməsi haqqında birgə bəyannamə sənədi qarşıdakı mərhələdə bankın sərmayə baxışlarını əks etdirməklə, ölkəmizdə bir çox sahələrə investisiya qoyuluşları üçün güclü təminatat yaradır. Bankın rəhbərliyi “yaşıl enerji”, infrastruktur, nəqliyyat, o cümlədən Orta Dəhlizin nəqliyyat qovşaqlarının modernləşdirilməsi, metro tikintisi, su təchizatı, kommunikasiya quruculuğu və digər sahələrdə dayanıqlı donor olmaq niyyətini bildirib.

Dünyanın ən güclü maliyyə institutlarından biri olan, Asiya və Sakit Okean regionunda inkişaf proqramlarının maliyyələşdirilməsində əsas donor olan AIIB-in kapital portfelinin əsaslı hissəsi Çinin maliyyəsi ilə formalaşır. 2016-cı ildən fəaliyyətə başlamış və Pekində yerləşən AIIB-in hazırda 110 sərmayədarı və 100 milyard dollar məbləğində nizamnamə kapitalı mövcuddur. Bankın əsas məramı etibarlı investisiyalar üçün uzunmüddətli maliyyələşdirmənin təqdim edilməsi, eləcə də Asiya regionunda həyat şəraitinin yaxşılaşdırılması və iqtisadi inkişafın təmin olunmasıdır.

AIIB indiyə kimi Azərbaycanda dövlət zəmanəti ilə 2 layihəyə kredit yönəldib və hər iki layihənin icrası tamamlanıb. Bu uğurlu partnyorluğun növbəti fazası isə hədsiz dərəcədə geniş və böyük maliyyə tutumludur. Bank ölkəmizdə infrastruktur, nəqliyyat, su təchizatı və enerji, maliyyə, təhsil və səhiyyə sektorlarında müxtəlif layihələrin maliyyələşdirilməsində ən etibarlı və dayanıqlı təchizatçı olmaqda qərarlıdır. AIIB-in prezidenti və Direktorlar Şurasının sədri Cin Liqun bildirib ki, Azərbaycan AIIB-in təsisçilərindən biri kimi əvvəldən bizim üçün dəyərli tərəfdaş olub. AIIB ölkənin inkişafına dəstəyi davam etdirməyə sadiqdir və onun yüksək artım potensialını qəbul edir. Birgə bəyannamə qarşılıqlı əlaqəli gələcəyin formalaşdırılmasına yönəlmiş uzunmüddətli investisiya proqramı hazırlamağa dair səylərimizi əks etdirir. Cənab Liqun vurğulayıb ki, AIIB Azərbaycanla həm ölkə daxilində milli prioritetlər üzrə layihələri, həm də regional infrastrukturun inkişafını dəstəkləmək üçün bütün dəstəkləri verəcək.

AIIB Orta Dəhlizin Azərbaycana aid hissəsini modernləşdirəcək

Birgə bəyannamədə əks olunan bəndlər Azərbaycanın yeni inkişaf strategiyası olan “2030-cu ilədək sosial-iqtisadi inkişafın Milli Prioritetləri” sənədi və beynəlxalq inkişaf  konseptinin hədəflərinə əsaslanır. Əsas sərmayə anlaşması Milli Prioritetlərdə qeyd edilən “Sabahın İnfrastrukturu” hədəf çərçivəsinin maliyyələşdirilməsidir. Həmin prioritetə əsasən, AIIB tərəfindən layihələrin suveren şəkildə maliyyələşdirilməsini nəzərdə tutan çoxillik investisiya proqramı formalaşdıralacaq. Proqram üç əsas istiqamətə fokuslanacaq. Birinci istiqamət “yaşıl enerji” quruculuğu və dekarbonizasiyaya töhfə verən milli iqlim hədəflərinin dəstəklənməsidir.

İkinci hədəf xətti Azərbaycanın mühüm beynəlxalq ticarət və logistika dəhlizinin əsas qovşaqlarından biri kimi rolunun gücləndirilməsi, yeni nəsil nəqliyyat, enerji və rəqəmsal infrastrukturun inkişaf etdirilməsidir. Bura, regional nəqliyyat infrastrukturlarının, ələlxüsus da Orta Dəhlizin Azərbaycana aid hissəsinin və dəmir yolu infrastrukturunun modernləşdirilməsi və yeni yolların çəkilməsi, Bakı metrosunun yeni xətlərinin yaradılması, paytaxtın şəhər və ətraf ərazilərdəki nəqliyyat infrastrukturunun və içməli su təchizatının yaxşılaşdırılması, su itkilərinin azaldılması və yağış sularının idarə edilməsi sahələrində həyata keçiriləcək layihələrə dəstək verilməsidir. Bank bu sahədə də davamlı maliyyə təchizatçısı kimi tələb olunan sərmayələri ayıracaq.

Birgə bəyannamədən irəli gələn maliyyələşdirmə proqramının üçüncü hədəf xətti isə Azərbaycanda innovativ maliyyə modellərinin yaradılması və dövlət-özəl tərəfdaşlığı üçün əlverişli mühitin qurulması hesabına özəl investisiyaların stimullaşdırılmasıdır.

E.CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Sentyabr 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri